Lerikin təzə başçısı da İŞƏ YARAMIR... - NARAZILIQ VAR!
Lerikin Orand kənd sakini Cabir Nodiyev yerli icra hakimiyyətindən şikayətçidir.
O, Meydan TV-yə deyib ki, qardaşı Alxas Nodiyev 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcərin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.
Ona 2011-ci ildə şəhid statusu verilib.
Şəhidin anası Qiymət Nodiyeva 2014-cü ildə Lerik Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayansa da, ona ev verilmir.
Cabir Nodiyev deyir ki, özü 2019-cu ildən dəfələrlə işlə əlaqədar quruma müraciət edib, lakin heç bir nəticəsi yoxdur:
"Maddi imkanımız yoxdur. İllərdir ki, rayonda aidiyyəti qurumlar şikayətlərimizi, müraciətlərimizi gözardı edir. Anam mənzil növbəsində 64-cüdür. Hər dəfə də gedəndə deyirlər ki, tələsməyin, sizə də növbə çatacaq. İşlə də təmin etmirlər. Bilmirəm, bəlkə də başqalarını işlə rüşvət qarşılığında təmin edirlər”.
Lerik Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsləhətçisi İskəndər Tahirli Meydan TV-yə deyib ki, Qiymət və Cabir Nodiyevlərin müraciətləri aidiyyəti üzrə yönləndirilib:
"Evi icra hakimiyyəti deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tikir. İcra hakimiyyəti mənzillə bağlı müraciət edənlərin hamısını növbəyə götürür. Daha sonra siyahı nazirliyə göndərilir, onlar da ardıcıllıqla müraciət edənləri evlə təmin edirlər. Cabir Nodiyev işlə təmin olunması ilə əlaqədar bizə müraciət edib. Biz də rəsmi şəkildə Məşğulluq Mərkəzinə müraciət etmişik ki, şəhid ailəsi olduğunu nəzərə alıb işlə təmin edilsin. Hələ vakant yer yoxdur, olan kimi vətəndaş işlə təmin olunacaq. Çünki prezidentin tapşırığı var ki, ilk növbədə şəhid ailələri, qazilər işlə təmin olunmalıdır”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələyə münasibət bildirilməyib.
Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu bir müddət əvvəl Meydan TV-yə demişdi ki, bölgələrdə nəinki döyüşçülər, hətta şəhid ailələri və İkinci Qarabağ müharibəsi əlillərinin problemlərinə baxılmır:
"Prezident İlham Əliyevin tapşırığı var ki, İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri, əlillər və veteranlara xüsusi qayğı, diqqət göstərilsin. Əksər rayon icra hakimiyyətləri şəhid ailələri, veteran və Qarabağ əlillərinin müraciətlərinə məhəl qoymur. Baxırsan ki, hansısa rayonda məmurun, ya da icra başçısının üç min-beş min hektar torpağı var. Dədəsinin deyil, dövlətin torpağıdır. Torpaqların hamısını qanunsuz yollarla mənimsəyiblər. Deyirsən ki, qaziyə on hektar torpaq ver, vermir. Əksər rayonlarda bu problem var. Hərbi qulluqçu, veteranlara torpaq və ya mənzil verilməlidir. Heç birinə verilməyib”.
Qarabağ Qazilər Birliyi müharibə iştirakçılarının sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə proqram hazırlayıb: "Qarabağ Qaziləri İctimai Birliyi olaraq on yeddi təklif göndərmişik. Təkliflərdən biri də odur ki, kənd təsərrüffatı rayonlarında şəhid ailələri, veteranlar, qazilər üçün torpaq sahəsi ayrılsın və onlara şəraiti yaradılsın. İcra hakimiyyətlərində yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin bəziləri heç bir iş görmürlər. Yaxud da qazinin birinə yardım edirlər, əllisi kənarda qalır”. //Meydan TV//
Paylaş:
Müəllif : Fuad
Tarix:19-10-2022, 09:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər