reklam
Regionxeberlericom.az » Gündəm » Səfər Mehdiyevin KORRUPSİYA ORTAQLARI... - Əlləri yetərincə uzundur...

reklam

Səfər Mehdiyevin KORRUPSİYA ORTAQLARI... - Əlləri yetərincə uzundur...


Quba Rayonu İcra Hakimiyyəti “Quba rayonu ərazisində abadlıq işlərinin satınalınması” və “Quba rayonunun rayondaxili avtomobil yollarının əsaslı təmiri” tenderlərinin nəticələrini açıqlayıb.

Hər iki tenderin qalibi "TALEH-A.T." Müəssisəsi olub. Şirkətlə birinci tenderlə bağlı 1 milyon 347 min 801 manat, ikinci tenderlə bağlı 1 milyon 120 min 811 manat, ümumilikdə isə 2 milyon 468 min 612 manat dəyərində müqavilə imzalanıb.

Regionxeberlericom.az-ın 32gun.az-a istinadən məlumatına görə, sözügedən müəssisə qanuni təmsilçisi Əliyev Məhəmmədəli Heydər oğludur. Müəssisənin təsisçisi isə qardaşı Gülağa Heydər oğlu Əliyevdir. Nizamnamə kapitalı 8 milyon 437 min AZN olan "TALEH-A.T." 18.02.1997-ci il tarixində dövlət qeydiyyatına alınıb.

"TALEH-A.T" müəssisəsi 2019-cu ildən indiyədək, yəni təqribən 3 il ərzində bu rayonlardan ümumilikdə 12 milyon 188,6 min manatlıq satınalma sifarişi qazanıb.

Bu vəsaitin böyük hissəsi quba rayonunun payına düşür - 6 milyon 817 min manat. Xaçmaz rayonundan isə 5 milyon 371,4 min manat həcmində dövlət sifarişi əldə edilib.

Təkcə hələ başa çatmayan 2022-ci ildə şirkət iki rayondan ümumilikdə 4,8 milyon manatlıq dövlət sifarişi alıb. Sifarişlərin əksəriyyəti təmir, yol təmiri və abadlaşdırma işləri üzrədir.

Mətbuatda gedən məlumatlara görə, "TALEH-A.T." adı korrupsiya qalmaqalında hallanıb.

"Taleh-A.T.” Müəssisəsidir ki, idxal etdiyi malların real dəyərini rəsmi sənədlərdə azaldararaq 62565.12 ABŞ dollarını gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmışdı. İndi, Səfər Mehdiyev 50 min manat büdcə vəsaitinin sərf olunması nəzərdə tutulan Xaçmaz Gömrük Terminalı və anbarlarının giriş və çıxış hissələrində avtomobil yolunun təmiri işlərini "Taleh-A.T.” Müəssisəsinə həvalə edib. Bu isə haqlı olaraq Səfər Mehdiyev "quzunu qurda” tapşırıb qənaəti yaradıb. Məhəmmədəli Heydər oğlu Əliyevin direktoru olduğu "Taleh-A.T.” Müəssisəsinin idxal etdiyi malların real dəyərini rəsmi sənədlərdə azaldararaq 62 565.12 ABŞ dollarını gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırması ilə qanun pozuntusu aşkar olundqudan sonra büdcə vəsaitləri hesabına həaya keçirilən layihəni Səfər Mehdiyev bu şirkətə hansı məntiqlə həvalə etməsinin səbəblərinə DGK-i aydınlıq gətirilməmişdi.

Xatırladaq ki, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevdir.




Paylaş:


Müəllif : Tarix:
25-10-2022, 09:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər