reklam
Regionxeberlericom.az » Gündəm » Bu maşınlar Bakıya buraxılmır - Qərar qüvvəyə mindi

reklam

Bu maşınlar Bakıya buraxılmır - Qərar qüvvəyə mindi


Bu gündən orta və ağırtonnajlı yük maşınlarının Bakıya daxil olması və şəhəri tərk etməsi ilə bağlı məhdudiyyət qüvvəyə minib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yük maşınları ilə bağlı qəbul edilmiş qərarın icrasına başlayıb: “27 oktyabr tarixindən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkəti qadağan edilib”.

DYP-dən bildirilib ki, icazə verilən müddət ərzində paytaxta daxil olmuş yük avtomobilləri səhər saat 07:00-dək, yanacaq daşıyan yük avtomobilləri isə səhər saat 06:00-dək şəhəri tərk etməlidirlər: “Bununla əlaqədar, bütün yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən, habelə yük sahiblərindən öz fəaliyyətlərini qeyd olunan müddətlərə uyğunlaşdırmaları xahiş olunur”.




Paylaş:


Müəllif : Tarix:
27-10-2022, 10:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər