reklam
Regionxeberlericom.az » Gündəm » Vasif Talıbova ŞOK VERGİ ZƏRBƏSİ - XAN DA DÖVLƏTƏ KƏF GƏLİRMİŞ...

reklam

Vasif Talıbova ŞOK VERGİ ZƏRBƏSİ - XAN DA DÖVLƏTƏ KƏF GƏLİRMİŞ...


Bakıdan ezam olunan xüsusi qrupun Naxçıvandakı özəl şirkət və dövlət müəssisələrində ciddi yoxlamalar apardığı bildirilir. Qrupa vergilər və maliyyə nazirliklərinin əməkdaşları daxildir. Yoxlamalar zamanı yerli hakım ailə Talıbovların nəzarətində olduğu iddia olunan şirkətlərdə də milyonlarla manat vergidən yayınma, qaçıqmalçılıq və.s pozuntuların aşkarlandığı bildirilir.

Dövlət müəssisələri arasında isə ən çox maliyyə yeyintisinin səhiyyə orqanları da baş verdiyi üzə çıxıb. Bu haqda "Gündəlik Naxçıvan"a həmin müəssisə və şirkətlərdə çalışan əməkdaşlar məlumat verib.

Onların sözlərinə görə, ən ciddi yoxlamalar " Cahan Hldinq" Şurkətlər Qrupunda aparılır. Şirkətin maliyyə şöbəsinin əməkdaşlardan birinin məlumatına görə, artıq milyonlarla yeyinti və qaçaqmalçılıq halları aşkarlanıb:

"Yoxlamalar xəbərdarlıq etmədən, qəfil başladı. Proses 10 gündür ki, gizli aparılırdı. Rəhbərlik də daxil olmaqla, şirkətin bütün əməkdaşları yoxlamadan kənarlaşdırılmışdı. Şirkətin rəhbəri Vüqar Abbasov xüsusi nəzarətə götürülüb. İndi isə, bizi çağırıb, sorğu-sual etməyə başlayıblar. Çox ciddi pozuntular aşkarlanıb. Hələlik deyə biləcəyim odur ki, 10 milyonlarla vergidən yayınma halı, şirkətin qaçaqmalçılıqla məşğul olduğu aşkarlanıb. Ən kiçik qaçaqmalçılıq xaricdən gətirilən siqaretlərin gömrükdən yayındırılmasıdır. Onlara aksiz markası da tətbiq olunmurdu. Bu cür pozuntular tək bizdə yox, digər özəl şirkətlərdə də aşkarlanıb".

"Cahan Holdinq"in Vasif Talıbovun oğlu və birinci müavini Rza Talıbovun nəzarətində olduğu bildirilir.

Adının çəkilməsini istəməyən Naxçıvan Səhiyyə Nazirliyi əməkdaşının məlumatına görə, bu sahədə də milyonlarla yeyintinin olduğu aşkarlanıb:

"Dedilər ki, Bakıdan yoxlama gəlib, heç kim heç yerə getməsin. Xəstəxanaların baş həkimləri, maliyyə işlərinə cavabdeh şəxslər bir neçə gün evlərinə də buraxılmırlar. Ölüsü olan, yas yeri düşənlərə belə icazə vermirlər. Tək səhiyyə yox, bütün dövlət müəssisələri yoxlanılır. Yoxlamalar çox ciddi şəkildə aparılır. Heç kimə güzəşt edilmir. 10 milyonlarla maliyyə yeyintiləri aşkarlanıb".

Məsələyə münasibət öyrənmək üçün "Cahan Holdinq"lə əlaqə saxlamaq mümkün olmadı. Şirkətdən telefon zənglərinə cavab verilmir. Naxçıvan Səhiyyə Nazirliyindən isə, burada ciddi yoxlamaların aparılmadığını bildirdilər.




Paylaş:


Müəllif : Tarix:
29-10-2022, 09:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər