reklam
Regionxeberlericom.az » Gündəm » Rusiya Qarabağa GİZLİ şəkildə 15 minlik ORDU YIĞDI - Putin Bakını aldatdı

reklam

Rusiya Qarabağa GİZLİ şəkildə 15 minlik ORDU YIĞDI - Putin Bakını aldatdı


Rusiya prezidenti Vladimir Putinin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında səsləndirdiyi fikirlər Moskvanın Xankəndindəki separatçılara dəstəyi kimi də qəbul edilə bilər. Soçi görüşünə günlər qalmış separatçı rejim "rəhbəri" Araik Arutyunyanın tələm-tələsik Moskvaya getməsinin məhz "Valday" iclasından öncə baş tutması və Kreml rəhbərinin ondan bir gün sonra bu açıqlamaları bir-birinə bağlı məsələlərdir.

Görünür Araik Paşinyanla son görüşü zamanı onun Azərbaycanla sülh müqaviləsinə "Vaşinqton variantı" üzərindən hazırlaşdığına əmin olub. 

Bu səbəbdən də regionda Qərb-Rusiya qarşıdurmasının qızışdığı bir vaxtda Kreml daha çox "dağıdıcı" gediş etmək fikrindədir. Vladimir Putin çıxışı zamanı faktiki olaraq Qarabağ üzərində Azərbaycanın suverenliyinin qəbul edildiyi "Vaşinqton sənədi"nin rəsmi İrəvan tərəfindən deaktivləşdirilməsi üçün əlindən gələni etmək fikrindədir.

O, ermənilərə Qarabağın "stausu" ilə bağlı məsələdə Vaşinqton və Moskva (Rusiya Qarabağın "statusu" məsələsinin uzun vədədə açıq qalmasını, gələcəkdə bu məsələnin üzərinə yenidən qayıdılmasında maraqlıdır) variantını ermənilərin daha düzgün seçim etmələri üçün incələməyə çalışıb. 

Putin bununla da Paşinyanı Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tanınmasını ehtiva edən sülh müqaviləsinə imza atmaqdan çəkindirmək üçün ona basqısını daha açıq şəkildə qurmuş oldu.

Rusiya dövlət başçısının "Vaşinqton variantı" Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutur" ifadəsinə yer verməsi təkcə Ermənistan hərbi-siyasi rəhbərliyinə yox, eyni zamanda xalqa ünvanlanan bir mesajdır. 

Putin bununla bildirmək istəyir ki, əgər erməni xalqı və Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var, bu xüsusiyyətlər nəzərə alınmalı və sülh müqaviləsində müzakirə edilməlidir, o zaman "Qarabağı istəyirsinizsə, Vaşinqton yox, Moskva sənədini seçməlisiniz" mesajı verir.

Kreml rəhbəri eyni zamanda erməni xalqına "Vaşinqton variantı bir daha Qarabağla bağlı iddialarınızın üstündən birdəfəlik xətt çəkmək deməkdir. Amma hələ gec deyil, Rusiyanın təklifini, mövqeyini dəstəkləməklə "Qarabağın xilası" imkanının qoruyub saxlaya bilərsiniz" xəbərdarlığını edərək ürəklərincə olmayacaq istənilən ssenariyə görə bütün məsuliyyəti Paşinyanın daşıdığına işarə etmiş olur. 

Rusiya dövlət başçısının sözügedən çıxışından sonra indi böyük ehtimalla Ermənistan müxalifəti Putinin sözlərinə istinad edərək Paşinyanı Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tanınmasını ehtiva edən sülh müqaviləsinə imza atmaqdan çəkindirmək üçün ona qarşı təzyiqini birə-on artıracaq.

Görünən odur ki, bu məsələdə Rusiyanı Azərbaycanın mövqeyi heç də narahat etmir. Amma Moskva çox yaxşı bilir ki, muxtariyyət statusu Azərbaycan üçün qəbulolunmazdır. Bunu Azərbaycan Prezidenti də dəfələrlə öz çıxışlarında bəyan edib. Ancaq Rusiya regiondakı mövqeyini saxlamaq üçün ən təhlükəli sularda belə üzmək barədə düşünür.

Biz son günlər Rusiyanın istər dövlət televiziyaları vasitəsilə Azərbaycana qarşı təxribatları, istərsə də Qarabağın dağlıq hissəsinə müvəqqəti olaraq yerləşdirilən sülhməramlıların oradakı özbaşınalıqları, ermənilərə teraktlar hazırlamaq üçün yaratdıqları imkanlar və qanunsuz silah daşımasındakı "fəallıqları" Moskvanın Azərbaycanla Ermənistan arasında sabitliyin bərqərar olmasında maraqlı tərəf olmadığını göstərir.

Sülhməramlılar Laçın dəhlizi ilə ermənilərin Qarabağa qanunsuz silah-sursat, mina daşımalarına icazə verməklə təkcə Azərbaycana qarşı separatçı rejimin terakt hazırlamasına şərait yaratmır, rəsmi Moskva bununla eyni zamanda özünün maraqlarına uyğun olaraq o ərazilərdəki ermənilərin ərazi iddialarından əl çəkməməsinə zəmin hazırlayır. Yekunda isə qanunsuz silah daşınmasına imkan yaradan Rusiya Qarabağda qalan qanunsuz erməni silahlıları ilə birgə 12 min erməni əhalini də silahla təmin etmiş olur ki, nəticədə bu şəxslər də birbaşa Rusiyanın planına uyğun olaraq Azərbaycana qarşı hər an cinayət əməlləri törətməyə meyillənirlər. 

İndi Ruisya sülhməramlılarının Xankəndində erməni uşaqlara niyə silahdan istifadə qaydaları ilə bağlı ardıcıl və sistematik şəkildə təlimlər keçdiyi daha aydın olmağa başlayır. Demək ki, Rusiya bu şəkildə Azərbaycan ərazisində Azərbaycana qarşı silahlı dəstə yaratmaq niyyətindədir və buna qismən nail olub.

Rəsmi Moskva beləcə faktiki olaraq Qarabağın dağlıq hissəsində Azərbaycana qarşı 15 minlik (Rusiyanın silahlanmasına imkan verdiyi Qarabağdakı 12 min erməni "əhali", 3 mini isə sülhməramlı dəstəsi) ordu yaratmış sayılır ki, nəticədə bunun da hesabına Qarabağda vəziyyəti istədiyi zaman qarışdıra, terrorlar hazırlaya, təxribatlar törədəcəyinə ümid edir. Bölgədə vəziyyətin gərgin qalması isə Rusiyanın orada qalması üçün fürsət mənasına gəlir. 

Biz görürük ki, Paşinyan artıq Soçi və Brüssel görüşü öncəsi Putinin mesajlarını aldığını göstərir. O, Rusiya sülhməramlıların 10-15 il daha Qarabağda qalması üçün Soçidə sənəd imzalamağa hazır olduğunu bildirib.

Paşinyan həqiqətən bilmir ki, sülhməramlıların mandatının uzadılmasına axı o qərar verə bilməz?! Ermənistan baş nazirinin belə bir təkliflə çıxış etməsi onun necə sürüşkən və etibarsız danışıqların tərəfi olduğunu növbəti dəfə göstərdi.

Ermənistan indi rəsmi şəkildə Qarabağa iddiadan əl çəkib, Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə düşünməlidir. Paşinyan düşünürsə ki, bu cür sərsəm bəyanatlarla Qarabağla bağlı qeyri-müəyyən vəziyyətin gələcəyə saxlanılmasına nail olmaq olar, yanılır. Çünki ilin sonu uzaqda deyil.




Paylaş:


Müəllif : Tarix:
29-10-2022, 15:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər