reklam
Regionxeberlericom.az » Gündəm » “PUTİNİN BU PLANI DA UĞURSUZLUĞA DÜÇAR OLDU” - “Bazar iqtisadiyyatı Kremlə qalib gəldi...”

reklam

“PUTİNİN BU PLANI DA UĞURSUZLUĞA DÜÇAR OLDU” - “Bazar iqtisadiyyatı Kremlə qalib gəldi...”


















Rusiya Ukrayna müharibəsində tutduğu mövqeyinə görə Avropanı cəzalandırmaq və orada iri miqyaslı enerji böhranı yaratmaq üçün gah qazın yalnız rublla satılacağını elan etməklə, gah da qazpaylayıcı trubinlərdə texniki nasazlığın əmələ gəlməsini bəhanə gətirməklə, indiyə qədər dəfələrlə bu qitəyə “mavi yanacağın” nəqlini dayandırıb. Bununla yanaşı,”Şimal axını” qaz boru kəmərində baş verən partlayışlar da Rusiyanın terror əməli kimi dəyərləndirilir. Amma Vladimir Putinin bütün səylərinə baxmayaraq, Avropa qaz böhranının öhdəsindən tədricən gəlməyə başlayıb.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Obozrevatel.com” internet portalı “Qazın qiyməti aşağı yuvarlanıb: Putinin planı necə uğursuzluğa düçar olub” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub.

Həmin yazını təqdim edirik: “Qazın qiyməti aşağı düşüb. ”Qazprom”un hesabları tutmayıb. Bazar iqtisadiyyatı Kremlə qalib gəldi.

”Qazprom” “Şimal axını” vasitəsilə Polşaya “mavi yanacaq” nəqlini dayandırıb. Rusiya rubl ilə ödəmədən imtina edən ölkələrlə bağladığı müqavilələri pozub. Vladimir Putin qaz nəqlini kəsməklə Avropada enerji böhranı meydana gətirmək üçün əlindən gələn hər şeyi edib. Amma onun bütün bu hərəkətləri istədiyi nəticəni verməyib.








Həqiqətən də müəyyən vaxt kəsimində Avropada qazın qiyməti yüksəklərə qalxdı. Bundan sonra isə dünyanın bütün qaz tədarükçüləri Avropa bazarına doluşmağa başladılar, çünki onlar pul qazanmaq istəyirlər. Nəticədə Avropa Birliyi öz qaz anbarlarını doldurmağa müvəffəq oldu və təklif tələbi üstələməyə başladı. Qiymətlər kəskin şəkildə düşdü. Bax, iqtisadiyyat məhz belə işləyir.

Qiymət nəyə görə düşür?

“Mavi yanacağın” qiymətinin enməsi səbəblərindən biri “Sıxılmış Təbii Qaz” nəqlinin artması sayəsində təklifin tələbi üstələməsi ilə əlaqədardır. Digər yandan, iqtisadi tədbirlər və həmçinin də nisbətən isti payız sayəsində qaz istehlakı azalıb.

Ukraynanın “Naftaqaz” şirkətinin inteqrasiyalaşmış əlaqələr üzrə keçmiş direktoru Maksim Bilyavski deyib: ”Mənim məlumatıma görə indi qısa müddtəli satış bazarlarında qaz bir meqavat saat üçün 40-45 avroya satılır. Əgər bunu kub metrlə hesablasaq, onda min kub metr qazın qiyməti təxminən 500 dollar edər”.














Ümumiyyətlə, bazarlar qiymət konyukturasına çox tez reaksiya verir. Əgər fyuçersləri dəyərləndirsək (mavi yanacağın növbəti ayda alınması), orada qiymətlər nisbətən yüksəkdir (min kub metr üçün təxminən 980 dollar). Amma fyuçerslərdəki qiymət də avqust ayındakı qiymətlə müqayisədə bir neçə dəfə aşağıdır. Rusiya Avropa Birliyini uzun müddətli enerji böhranına salmağa cəhd göstərirdi, lakin nəticədə bu, təcavüzkardan qaz alınmasından imtina edilməsi prosesini yalnız sürətləndirdi.

Əgər hələ fevralda Avropanın ümumi qaz idxalında Rusiya Federasiyasının payı 40 faiz idisə, indi bu pay 7 faizə kimi azalıb. Bu göstəricinin qalmasnının da başlıca səbəbi ayrı-ayrı Avropa ölkələrinin hələ də Rusiyadan qaz almasıyla bağlıdır (Məsələn, Macarıstan “Türk axını” vasitəsilə qaz alır).
















Maksim Bilyavski bununla bağlı deyib: ”Təklif profisiti müşahidə olunur. Kanyukturaya görə bu cür faktorlar üzərində dayanıram. Eyni zamanda ona diqqət etmək istəyirəm ki, Avropada qazın qiymətinin düşməsi Ukraynadakı qiymətlərə də təsir göstərib. Hazırda noyabr üçün qazın bir kubmetrinin qiyməti 27-28 qrivnadır(təxminən 70 sent). Bu, kifayət qədər yaxşı xəbərdir və istehlak zənbilinin formalaşmasına pozitiv təsir edir”.

Təxminən iki həftədən sonra Avropada havanın temperaturunun düşəcəyi gözlənilir. Avropada yükün boşalmasını gözləyən “Sıxılmış Təbii Qaz” terminallarında hələ müəyyən qaz ehtiyatı var. Lakin buna baxmayaraq, “mavi yanacağın” qiyməti qalxacaq. Yaxşı xəbər ondan ibarətdir ki, təbii qaz öncəki qışda olduğu kimi baha olmayacaq. Min kub metr qazın qiyməti 700-850 dollar ətrafında ola bilər.

Rusiya tərəfindən törədilən terror aktları, enerji obyektlərindəki partlayışlar qiymətləri müvəqqəti qaldıra bilər, amma sonra qiymət yenidən sabitləşəcək. Burada onu da qeyd etmək lazımdır ki, bazarlarda qiymətin əmələ gəlməsi mexanizmini radikal dəyişmək istəyirlər. Ukrayna Rusiya qazına qoyulacaq qiymət həddini gözləyir. Bu həddin səviyyəsi dəyişir, amma əgər Avropa Komissiyası qiymət həddi ilə bağlı razılığa gələrsə, üzv ölkələr bu ideyanı dəstəkləyəcəklər və çox güman ki, belə bir addım enerji resurslarının qiymətini azaltmağa imkan verəcək.















Belə bir qərarın həlli mexanizmi aşağıdakı kimi olacaq:

- Avropa Birliyinə daxil olan bütün dövlətlər “mavi yanacağı” müştərək alacaqlar. Burada istisna olaraq Macarıstana güzəştə gedilib. Arzu edənlər müştərək alışdan imtina da edə bilərlər.

- Avropa Birliyi Rusiyadan yalnız bir şərtlə “mavi yanacaq” alacaq ki, qiymət müəyyən edilmiş səviyyədən yüksək olmasın.

Həm də qiymət elə həddə olacaq ki, Rusiya onun satışına maraq göstərsin. Eyni zamanda qiymət elə səviyyədə olmalıdır ki, təcavüzkar yüksək gəlir götürə bilməsin.

Ümumiyyətlə, indi deyə bilərik ki, Putinin Avropa Biriliyindəki enerji bazarını çökdürmək planı artıq uğursuzluğa düçar olub. Enerji resursları həqiqətən də bahalaşıb və bu, inflyasiyanın artmasına səbəb olub. Lakin bu çətin vəziyyət artıq aradan qaldırılır”.




Paylaş:


Müəllif : Tarix:
30-10-2022, 11:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər