İcra başçısının oğlunu qətlə yetirən Vüqar Əliyev həbsxanada “kral həyatı” yaşayır – MİRSALEH SEYİDOV ONU NİYƏ HİMAYƏ EDİR?
“Vüqar Əliyev ona yaradılmış lüks şəraitdən istifadə edərək, mənə, qohumlarıma, rayon sakinlərinə, hətta Rusiyada yaşayan kəndçilərimizə hədə-qorxu gələrək pul tələb edir…”
Azərbaycanın cəzaçəkmə müəssisələrində hələ də orta əslərin “soyuq rüzgarı” əsir. Əksər məhkumlar öz törətdikləri cinayət əməllərinin cəzasını çəkmədən əlavə, həm də “yoxsul” olmanın acısını yaşayırlar. Çünki bu gün, xüsusən də Ədliyyə Nazirliyinin Penitensiar Xidmət Baş İdarəsinə tabe olan türmələrdə elə bir şərait yaradılıb ki, törətdiyi cinayətin ağır və yüngül olmasına baxmayaraq, istənilən imkanlı şəxs (məhkum) cəzaçəkmə müəssisəsində “krallar kimi” yaşaya bilər. Bunun üçün həbsxana rəhbərliyini vaxtlı-vaxtında “görmək” yetərlidir. Maddi imkanı olmayanların isə vəzifəli qohum-əqrəbası, dost-tanışı, yaxud bu və ya digər səbəbdən onları himayə edən bir məmurun olması mütləqdir. Əks halda, yuxarıda qeyd etdiyimiz kimi, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri orta əsrlərin işgəncə zindanlarından fərqlənməyəcək. Belə vəziyyətdə isə, şübhəsiz, heç bir məhkumun islah olunmasından söhbət gedə bilməz…
Əlbəttə, bu qeyd etdiyimiz fikirlərin hər birinin arxasında təkzibolunmaz faktlar dayanır. Üstəlik, dəyərli oxucularımız təkcə son bir-iki ay ərzində həbsxanalardan Qafqaz.media-nın redaksiyasına göndərilən məktublar əsasında da içəridə nələrin baş verdiyini çox yaxşı bilirlər. Hansı ki, saytımızda dərc olunan bu məktubların bir çoxu cəmiyyətdə ciddi rezonansa səbəb olub, sosial şəbəkələrdə günlərlə müzakirə edilib. Görünür, məhz bu səbəbdən də Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində baş verən daha bir qanunsuzluqla bağlı redaksiyamıza növbəti şikayət məktubu daxil olub. Bu dəfə məktub müəllifi məhkum olmasa da, o, bayırda daha böyük “cəza çəkdiyini” yazır.
Qeyd edək ki, adının anonim saxlanılmasını xahiş edən Şəmkir rayon sakini Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumdan şikayətçidir. Söhbət Azərbaycan oxucusuna yaxşı tanış olan, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilərək ömürlük həbs cəzasına məhkum edilən, daha sonra cəzası 25 ilə endirilən Vüqar Əliyevdən gedir. Şikayətçi yazır ki, V.Əliyev Penitensiar Xidmətin rəhbər şəxslərindən birinin onun üçün yaratdığı imkandan istifadə edərək, hədə-qorxu ilə insanlardan pul toplayır: “2003-cü ildə Şəmkirin icra başçısının günahsız oğlunu qətlə yetirən Əliyev Vüqar hazırda 8 saylı cəzaçəkmə müəssisəsində ona yaradılmış lüks şəraitdən istifadə edərək, mənə, qohumlarıma, rayon sakinlərinə, hətta Rusiyada yaşayan kəndçilərimizə hədə-qorxu gələrək pul, ya da bloklarla siqaret tələb edir. Biz də qorxumuzdan məcbur qalıb Vüqarın qardaşı, yaxud da qardaşı oğlu vasitəsilə istədiklərini göndəririk”.
İcra başçısının oğlunu qətlə yetirən Vüqar Əliyev həbsxanada “kral həyatı” yaşayır
Vüqar Əliyev
Məktub müəllifi iddia edir ki, Vüqar Əliyev “rayonda çoxlarına bəlli olan səbəblərdən” Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi, ədliyyə polkovniki Mirsaleh Seyidov tərəfindən himayə edilir: “Bütün rayon sakinləri bilir ki, Penitensiar Xidmətdə böyük vəzifə sahibi olan Mirsaleh Seyidov çoxlarına bəlli olan səbəbdən Vüqar Əliyevi himayə edir və ona hələ türmələrin tarixində görünməmiş bir şərait yaradıb. Belə ki, Vüqara 8 saylı müəssisənin 3-cü mərtəbəsində (kaptyorka adı altında) tam təmirli xüsusi otaq ayrılıb. Otağın içərisində kondisioner, böyük smart televizor, mini kompüter, şəxsi wifi, “lapatka” boyda smart telefon (Hansı ki, dəfələrlə mənimlə öyünə-öyünə danışaraq, otağının lüks şəraitini göstərib), əlavə də çox kiçik ölçülü mobil telefon və s. mövcuddur. Vüqar bunların vasitəsilə internetə çıxış əldə edir, bir neçə watsap yükləyib, pultdakı mikrofondan da istifadə edərək dünyanın istənilən yeri ilə nəzarətisiz rabitə əlaqəsi yaradır. Mənim bildiklərim bunlardır. Sizcə, bu nə deməkdir?”
Şəmkir sakini deyir ki, Mirsaleh Seyidovun xüsusi qayğısı nəticəsində 8 saylı qapalı tipli cəzaçəkmə müəssisəsinin rəisi Azər Hacıyev də Vüqar Əliyevin qanunsuz əməllərinə göz yumur: “Orada bizim digər rayon sakinləri də cəza çəkir. Mənə deyirlər ki, nəinki dustaqlar, işçilər, hətta rəis də Vüqardan çəkinir. Şəxsən özüm də 8 saylı CÇM-nin rəisi Azər müəllimlə bu barədə danışdım. O dedi ki, Vüqara telefonları mən verməmişəm ki, mən də alım”.
Şikayətçi yazır ki, rəis Azər Hacıyevlə danışığı nəticəsiz başa çatdığı üçün, özünü və qohumlarını Vüqar Əliyevin təhdidlərindən xilas etmək məqsədilə Prezident İlham Əliyevə müraciət etməyə məcbur olub:
“Cənab Prezident!
Məcbur qalıb Sizə müraciət edirəm. Təbii ki, Sizin bundan xəbəriniz olmaz. Hətta ədliyyə naziri Fikrət Məmmədovun da xəbəri olmaz. Lakin Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun bundan mütləq xəbəri var. 8 saylı CÇM-də Əliyev Vüqara yaradılan lüks şəraitə birbaşa şahid olmaq üçün gözləniləmədən peşəkar əməkdaşları onun otağına göndərmək lazımdır. O zaman hər şey aydınlığa qovuşacaq.
Sizdən xahiş edirəm ki, bizi Əlyev Vüqarın hədə-qorxularından xilas etmək üçün onun smart televizor və telefonlarının əlindən alınması və tam nəzarətdə saxlanılması üçün müvafiq orqanlara göstəriş verəsiniz”.
Qeyd edək ki, Əliyev Vüqar İbrahim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 2021-ci il mart ayının 18-də Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə cəzası 25 ilə endirilib.
Xatırladaq ki, Şəmkirin sabiq icra başçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlunun qətlində iki nəfər – Vüqar Əliyev və Lamiyə Quliyeva təqsirləndirilərək həbs olunublar. L.Quliyevə 2015-ci ildə Bakı Apelyasiya Məhkəməsindən azadlığa buraxılıb.Qafqaz.media
Paylaş:
Müəllif : Yazar
Tarix:31-10-2022, 16:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər