"Qardaşımın bədənində dubinka izləri hələ qalır, ekspertiza deyir, xəsarət aşkarlanmadı"
Astara sakini Samirə Yaqubova oğlu və qardaşının bir ildən çoxdur ki, qanunsuz olaraq həbsdə saxlanıldığını iddia edir.
O, bu barədə “Qafqazinfo”ya danışıb. S. Yaqubova bildirib ki, maşın alveri ilə məşğul olan qardaşı Raid Yaqubov arasında pul haqq-hesabı olan tanışı Şahin Əliyevlə mübahisə edib. Qardaşı ondan borcunu tələb edib, lakin qarşı tərəf 6 aydan çox müddət ərzində pulu verməkdən imtina edib.
Qadın deyir ki, 2021-ci ilin fevralında onlar telefonda danışaraq bir-birlərini təhqir ediblər. Daha sonra məsələni aydınlaşdırmaq üçün görüşmək qərarına gəliblər: “Həmin vaxt karantin dövrü olduğu üçün razılaşıblar ki, qardaşımla onun qaldığı evdə danışsınlar. Evə gəldikdən sonra aralarında mübahisə yaranıb. Daha sonra Şahin deyib ki, pulu həmin gün çatdıracaq. Axşamı isə qardaşımgildə qalıb. Həmin vaxt qardaşımın yanında bir qohumumuz da olub. Sonra mənim oğlum Cavad Nəsirov və digər qohumum da ora gedib. Orada dəqiq nə baş verdiyini bilmirəm. Amma hər halda, oğlum dayısını müdafiə edib. Bu ərəfədə Şahin Əliyev “102”yə zəng edib. Daha sonra evə polislər gəlib. Qardaşımla birgə hər kəsi Nərimanov Rayon 18-ci Polis Bölməsinə aparıblar. Bir gecə orada saxladıqdan sonra oğlum, qardaşım və digər iki nəfəri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) göndəriblər. Orada isə Raidgil barəsində olmazın ittihamlar irəli sürülüb”.
Məlum olub ki, 2021-ci ilin oktyabrında BMCMİ-də Raid Yaqubov, Cavad Nəsirovla birlikdə digər qohumları Tural Məmmədli və Natiq Nəsirli barəsində əzab vermə, qanunsuz azadlıqdan məhrum etmə, quldurluq, hədə-qorxu ilə tələb etmə və narkotik alveri olmaqla ümumilikdə 9 ittiham irəli sürülüb.
Samirə Yaqubova iddia edir ki, istintaq müddətində onun oğluna və qardaşına işgəncələr verilib: “Nəticədə qardaşımın qabırğası, əlində iki sümüyü sındırılıb, ayağının altında dubinka izləri hələ də qalır. Bu faktlarla bağlı Baş Prokurorluğa dəfələrlə müraciət etməyimizə baxmayaraq, bütün müraciətlərimiz cavabsız qalıb. Onların istintaq zamanı döyülməsi ilə bağlı ekspertiza keçirilməsini tələb etmişik. Ekspertiza isə deyib ki, heç bir xəsarət aşkarlanmadı. Amma bədənlərində hələ də izlər qalmaqdadır”.
İşgəncə iddiaları ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirildi ki, iddialarda qeyd olunan xüsusatlar araşdırılıb və təsdiqini tapmayıb: “DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən istintaq olunan cinayət işi üzrə Yaqubov Raid Ağahüseyn oğlu Azərbaycan Respublikası CM-nin 133.2.6, 145.2.4, 180.2.4, 234.4.3 və digər maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilib. Həmin cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq 27 oktyabr 2021-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.
İstintaq dövrü Yaqubov Raid Ağahüseyn oğlunun Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin və DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən tutularkən fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı şikayəti əsasında Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılıb və Raid Yaqubovun qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq material üzrə cinayət işinin başlanması rədd edilib”.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəsmisi, polis mayoru Anar Qafarov bildirdi ki, işgəncə iddiaları əsassızdır və özünümüdafiə xarakteri daşıyır: “Rahid Yaqubov və digər 3 nəfər polis əməkdaşları tərəfindən 23 fevral 2021-ci ildə tutulublar. Həmin şəxslərə işgəncə vermə, qanunsuz olaraq azad etmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmə və saxlamaya görə Cinayət Məcəlləsinin 133, 145, 181, 182, 234.4.1, 234.4.3-cü maddələri ilə ittiham elan edilib. İstintaq prosesi yekunlaşaraq iş baxılması üçün məhkəməyə göndərilib.
İstintaq dövründə həmin şəxslər tərəfindən onların guya saxlanılan zaman işgəncəyə məruz qalması faktı ilə bağlı müraciətləri arşdırılıb. Həmin şəxslərin səsləndirdiyi iddialar sübuta yetirilməyib, onların bu fikirləri özlərini müdafiə məqsədli qiymətləndirilib”.
Bundan başqa Samirə Yaqubova bildirib ki, təqsirləndirilən 4 nəfər təcridxanada aclıq aksiyasına başlayıb: “1 ildən çoxdur ki, Bakı İstintaq Təcridxanasının yollarında qalmışam. 4 kişiyə “peredaça” aparıram. Artıq qardaşımın ədalətsizlik qarşısında səbri tükənib, aclığa başlayıblar. Məhkəməyə hansı halda gətirildiklərini görsəniz, başa düşərsiz. Qardaşım deyir ki, törətmədiyim əməllərə görə, 15 il həbsdə yatmaqdansa, torpağın altında yataram. 9 gündür ki, aclıq edirlər. Amma İstintaq Təcridxanasının müdiri onların aclıq aksiyasına başlaması ilə bağlı ərizəni qəbul etmir. Rəsmən onları ölümə tərk edib. Zəng edirəm deyir ki, belə istəyirəm. Artıq qardaşım ölüm həddinə çatıb. Müalicə müəssisəsinə göndərilməlidir. Amma təcridxana müdiri heç bir tədbir görmür. Sabah o, ölsə kim cavab verəcək?”.
Aclıq iddiası ilə bağlı da Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən sorğuya cavab almaq mümkün olmayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-11-2022, 11:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər