reklam
Regionxeberlericom.az » Gündəm » "Naxçıvan rəhbərliyindəki avtoritarizmin və hökmranlığın qarşısı alınır"

reklam

"Naxçıvan rəhbərliyindəki avtoritarizmin və hökmranlığın qarşısı alınır"

















Xəbər verdiyimiz kimi, bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilib.

RegionXəbərləricom.az “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl Naxçıvanda yaşanan son hadisələri şərh edib.

O bildirib ki, güc strukturlarının birbaşa Bakıya tabe olması, təyinatların birbaşa Bakıdan həll olunması doğru qərardır:

"Bununla Naxçıvan rəhbərliyində zaman-zaman hiss etdiyimiz avtoritarizmin və hökmranlığın qarşısı alınır”.

İlham İsmayıl Naxçıvanda insan haqlarının hazırkı vəziyyətindən də danışıb:

“Bütövlükdə Azərbaycanda insan haqlarının vəziyyəti yaxşı deyil. Ancaq Naxçıvanda vəziyyət lap daha acınacaqlıdır. Bakının da bir başa müdaxiləsi olmadığı üçün oradan gələn məlumatlarda, informasiyalarda ürək açan vəziyyətlə qarşılaşmırıq. Problemləri işıqlandıran jurnalistlərin oraya gediş-gəlişlərində çətinliklər yaranır. Naxçıvanla birbaşa quru əlaqənin olmaması işi xüsusi olaraq çətinləşdirir. Ona görə də bəzi məsələlərdə Naxçıvan məclisinin, Naxçıvan rəhbərliyinin səlahiyyətlərini azaltmaq, kiçiltmək lazımdır. Yaxud, birbaşa Bakıya tabe etmək lazımdır".




Paylaş:


Müəllif : Tarix:
4-11-2022, 10:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər