Rasim Məmmədovun sözü hakimi əsəbiləşdirdi
"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin vəsatəti ilə çağırılmış iki şahid ifadə verib.
Bundan başqa, məhkəmənin təşəbbüsü ilə "Baku Streel Company"nin sabiq maliyyə direktoru Çingiz Həsənovun da prosesə çağırıldığı bildirilib.
Şahid qismində ilk olaraq, "Röyal City"nin rəhbəri Tamara Seyidxanova dindirilib. İttihama görə, metal qırıntıları satışı ilə məşğul olan şirkət fəaliyyət göstərdiyi müddətdə qiymətlərin şişirdilməsi yolu ilə 1 milyon 250 min manat pul qazanıb.
Şahid Tamara Seyidxanova isə ifadəsində şirkətin dəmir qırıntıları satışından ümumiyyətlə, pul qazanmadığını deyib: ""Röyal City" cəmi altı ay fəaliyyət göstərib, həmin dövrdə də ancaq ziyana işləyib".
Rasim Məmmədov şahidin dediklərinin doğru olduğunu deyərək şirkətin ziyana işlədiyini qeyd edib.
Bundan sonra "Baku Steel Company" və "Röyal City" də audit yoxlaması aparmış müstəqil auditor Səftər Həsənəliyev ifadə verib.
Şahidin sözlərinə görə, "Baku Steel Company"də 1 ilə yaxın yoxlamalar keçirilib. Araşdırma zamanı həm qeyd olunan şirkətdə, həm "Röyal City" MMC-də qanunsuzluqlar müəyyən olunub. Bundan sonra toplanmış materiallar istintaq orqanına təqdim olunub.
Rasim Məmmədov mütəxəssisin dediklərini təkzib edib. Audit yoxlaması zamanı çıxarılmış rəqəmlərin həqiqətə uyğun olmadığını deyib.
Rasim Məmmədov danışarkən məhkəməyə sədrlik edək hakim Leyla Əsgərova-Məmmədovaya müraciətdə "deyirəm ki, anlayasız", "başa düşəsiz" deyə müraciət edib.
Bu zaman hakim Rasim Məmmədova xəbərdarlıq edib, məhkəmədə düzgün danışıq qaydasına əməl etməsini tələb edib: "Siz həddinizi aşırsınız, məhkəmə ilə danışıq qaydası var".
Danışıq tərzinə görə, hakim Novruz Kərimov da Rasim Məmmədova irad bildirib: "Məhkəməyə “anlayasız” deyə bilməzsiniz. Biz anlayırıq ki, burda oturmuşuq".
Bu zaman sədrlik edən hakim fasilə elan edərək, məhkəməni yarımçıq saxlayıb.
Proses qısa fasilədən sonra davam etdirilib.
Bundan sonra auditor, Rasim Məmmədov və Çingiz Həsənov müxtəlif epizodlarlarla bağlı paralel müzakirələr aparıblar.
Proses noyabrın 11-də davam etdiriləcək.
Xatırladaq ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-11-2022, 19:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər