reklam
Regionxeberlericom.az » Gündəm » Biz İran dronlarının əksəriyyətini məhv etmişik – Ukraynalı nazir

reklam

Biz İran dronlarının əksəriyyətini məhv etmişik – Ukraynalı nazir


















ABŞ İran rəsmilərinin hücum dronlarının 24 fevral işğalından əvvəl Rusiyaya göndərilməsi ilə bağlı iddialarını təkzib edib.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli Tvitter hesabında Tehranın belə bir bəyanatının həqiqətə uyğun olmadığını qeyd edib.

Dövlət katibinin köməkçisi Karen Donfrid isə deyib ki, Vaşinqton və onun müttəfiqləri İran rejiminə qarşı əlavə sanksiyalar hazırlayır .

Bu ilin iyul ayında  Rusiya İrandan “Şahed-136” və “Mohajer-6” dronlarının böyük partiyasını alıb. Müxtəlif hesablamalara görə, onların sayı bir neçə min ədədə çata bilər.

Oktyabrın 29-da Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ona zəng etdiyini bildirib.

Kuleba İrandan Ukraynada mülki əhalinin öldürülməsi və mühüm infrastrukturun məhv edilməsi üçün istifadə edilən Rusiyaya silah axınını dərhal dayandırmağı tələb edib.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikovun sözlərinə görə, Rusiya təxminən 300 ədəd  İran pilotsuz təyyarələrinin ilk partiyasını demək olar ki, istifadə edib: " Biz İran dronlarının əksəriyyətini məhv etmişik. Faiz əhəmiyyətlidir, amma təəssüf ki, 100 faiz deyil".




Paylaş:


Müəllif : Tarix:
6-11-2022, 22:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər