reklam
Regionxeberlericom.az » Gündəm » İsfəndiyar Vahabzadə HƏP-dən istefa verdi: “İstəmirəm, başdaşıma tüpürsünlər”

reklam

İsfəndiyar Vahabzadə HƏP-dən istefa verdi: “İstəmirəm, başdaşıma tüpürsünlər”

















Haqq Ədalət Partiyasının (HƏP) sədr müavini İsfəndiyar Vahabzadə üzvü olduğu partiyadan istefa verib.

Bu barədə İsfəndiyar Vahabzadə “Osmanqızı TV”-yə danışıb.

O bildirib ki, bu addımı HƏP sədri Əli İnsanovun Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunu dəstəkləməsinə etiraz olaraq atıb.

“Mən hər şeyi insanlara bağışlaya bilərəm. Əqidə dönüklüyünü bağışlaya bilmərəm. Mən əqidə adamıyam. Çox şeyə nail olmuşam və istəmirəm ki, mən öləndən sonra başdaşıma tüpürsünlər. O başdaşında yazılmayacaq ki, bu səfir olub, elmlər doktorudur, professordur və s. Orada yazılacaq ki, İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə. O partiyada qalmağım mənim familyama xələl gətirər. Mən familyamı qoruyuram. Həyatda hər şey gəldi-gedərdir. Amma familya qalasıdır. Ona görə fikirləşdim ki, bu çıxışlardan sonra – üç dəfə parlamentdə çıxış oldu, ifrat millətçilik, qatı dindarlıq kimi fikirlər səsləndirdi (red. Əli İnsanovu nəzərdə tutur) – özüm-özümdən utanıram. O əqidənin sahibi 20 gün içərisində dəyişdi. Mənə qəribə gəlir və başa düşmürəm ki, 20 gün içərisində necə dəyişmək olar?”, - deyə o bildirib.

Xatırladaq ki, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov partiyanın noyabrın 5-də baş tutan İdarə Heyətinin iclasındakı çıxışı zamanı Prezident İlham Əliyevi dəstəkləmək qərarına gəldiklərini açıqlayıb.




Paylaş:


Müəllif : Tarix:
7-11-2022, 14:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər