“Ağzında saqqız xanımlarla “az” deyə müraciət edir” – İcra başçısına ittiham
Bakının Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 150 ünvanında yerləşən binanın onlarla sakinin həyatı təhlükə altındadır. Yaşayış binasının qəzalı vəziyyətdə olması əsas gətirilərək bir qrup sakin ərazidən köçürülüb. Lakin bina bütünlüklə boşaldılmadan ərazidə söküntü işlərinə başlanılıb. Nəticədə, hazırda yaşayış olan mənzillər yararsız hala düşüb, divarlarda dərin çatlar əmələ gəlib, binanın damı, eyvanlar uçub-dağılır.
Bu şikayətlə virtualaz.org-un redaksiyasına həmin ünvanda yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, Yasamal Rayon İcra Hakimiyyəti sakinlərə söküntü ilə bağlı heç bir sənəd təqdim etmir, binanın hansı şirkət tərəfindən sökülməsi ilə bağlı məlumat vermir, mənzillərin ölçülməsi prosesi düzgün aparılmayıb, qanunsuz olaraq mənzillərinin hər kvadrat metrinə görə 1500 manat kompensasiya təyin olunub. Bu azmış kimi, sakinlərə xəbərdarlıq olunub ki, avqust ayının 1-dən etibarən binaya qaz, su, elektrik enerjisinin verilişi də dayandırılacaq.
1890-cı ildə inşa olunmuş 5 korpusdan ibarət binada yerli əhalidən ibarət 38 ailə və 25 qaçqın və məcburi köçkün ailəsi məskunlaşıb. Bina 1989-cu ildən qəzalı vəziyyətə düşüb. Hazırda şərtlərlə razılaşıb binanı tərk edənlər 9 məcburi köçkün ailəsidir.
Binanın ikinci mərtəbəsində yaşayan şikayətçi, pauerliftinq üzrə ölkə çempionu Aytən Mir-Əliyevanın sözlərinə görə, sakinlər arasında ayrıseçkilik edilərək, 38 ailənin 17-nə kompensasiya 1500 manatdan təyin olunub, digər korpuslardakı 20-22 ailəyə isə 3 min manatdan veriləcəyi vəd olunub.
“Yasamal rayonuna təzə təyin olunan icra başçısı Əziz Əzizov mart ayında əhalini toplayaraq görüş keçirib. Bizə dedi ki, gələn il, inşallah, 8 mart bayramınızı təzə evlərinizdə keçirəcəksiniz. Biz də sevindik ki, yəqin bizi nəzərə alacaqlar. Üzərindən iki ay keçmədi, bizi bu vəziyyətə qoydular. Ölçmə qaydalarını pozdular, mənim evimi 52 kvadrat metr yazıb 74 min manat kompensasiya hesabladılar. Bu pula isə yaxınlıqda heç daxma da almaq mümkün deyil. Prezidentin sərəncamı var, şəhərin mərkəzində bu məbləğ 3 min manatdan başlanır. Əslində, Nazirlər Kabinetinin qərarına görə, məni 500 metr radiusda evlə təmin etməlidirlər. Mən bu pulla harada qala bilərəm? Niyə Masazıra köçməliyəm ki?” - sakin sual edir.
Şikayətçi deyir ki, binadan köçən 9 məcburi köçkün ailəsinin əlavə mənzilləri, torpaq sahələri var idi. Kompensasiya ilə razılaşmayanların isə varı-yoxu elə bu evdir. A.Mir-Əliyevanın sözlərinə görə, hazırda boş qalan mənzillər dağıdılır. Binanın kim tərəfindən söküldüyünü də bilən yoxdur: “Bir tərəfdən deyirlər ev qəzalıdır, çıxın, amma söküntü aparılmayacaq. Digər tərəfdən isə artıq evini tərk edən 9 qaçqın ailəsinin mənzilini sökməyə başlayıblar. Bizim bina 5 korpusdur. Deyirlər ki, digər korpuslara dəymirik, onlara 3 min manatdan kompensasiya verəcəyik. Siz isə 1500 manatla çıxmalısınız. Bu qanunu kim qoyub? Əziz Əzizov camaatla kobud davranır, ağzında saqqız xanımlarla “az” deyə müraciət edir. Sənəd tələb edirik, bizi kabinetinə dəvət edir. Narazılıq edirik ki, bu pulla harada ev alaq, deyir ki, “30 mini götür get Alatavada mənzil “itinətök”dür, 30 dənə ev ala bilərsən...”
Sakinlər deyirlər ki, onlara artıq avqustun 1-dən etibarən qaz, su və elektrik enerjisinin kəsiləcəyi, bu gündən isə eyvanların söküləcəyi ilə bağlı da xəbərdarlıq olunub. Bundan sonra isə binada yaşamaq qeyri-mümkün olacaq: “Bizə xəbərdarlıq olunmuşdu ki, 3-cü mərtəbənin damını sökəcəklər. Bu mərtəbədə isə heç kim evindən çıxmayıb. Bilərəkdən evi başımıza uçurmaq isə cinayətdir. İcra başçısı kimə arxalanır? Prezidentin adından istifadə edir ki, bu barədə onun sərəncamı var. Prezident sərəncam verib ki, get camaatın canını al? Bu, birbaşa təxribatdır. Əhali də fikirləşir ki, bütün bunları prezident edir. Onlara izah edirəm ki, prezidentin bundan xəbəri yoxdur. Prezidentə yalan məlumat verirlər ki, hər şey gözəldir, camaatı razı saldıq. Əslində isə evimizi başımıza yıxırlar, əhalini prezidentə qarşı qaldırırlar. Qanuna görə, sonuncu sakin çıxmayana qədər evi sökə bilməzlər. Bu istidə kondisionersiz, susuz, qazsız necə oturaq? Bunu ona görə edirlər ki, camaatı bezdirsinlər, gəlib qol çəkib çıxsınlar”, - Aytən Mir-Əliyeva deyir.
Şikayətçi bildirir ki, 3 il əvvəl də oxşar vəziyyət yaranmışdı, lakin sakinlərin Mehriban Əliyevaya müraciətindən sonra problem həllini tapdı. Bu dəfə isə vəziyyət daha qəlizdir və hətta zəng edib sakinləri hədələməkdən də çəkinmirlər: “Mənə zəng edib hədələyirlər. Deyirlər ki, qanun kasıblar üçündür. Yəni biz qanunu saymırıq. Mənə deyirlər ki, “çox bərkdən getməyin”. Əgər məni evlə təmin etməsələr, buldozerin altında da qalsam, evdən çıxmayacağam...”, - şikayətçi qeyd edir.
Sakinlərin sözlərinə görə, bütün aidiyyatı dövlət qurumlarına şikayət olunsa da, tədbir görən olmayıb.
Yasamal Rayon İcra Hakimiyyətindən isə problemdən xəbərdar olduqlarını, icra başçısının şəxsən sakinləri dinlədiyini dedilər: “Bakı şəhərində 21 qəzalı vəziyyətdə olan bina var, onlardan biri də M.Əliyev, 150 ünvanında olan həmin bu binadır. Bina prezidentin sərəncamına əsasən sökülür. Görünür, binadan çıxmaq istəməyənlər kompensasiyanın məbləği ilə razılaşmayanlardır. Amma kompensasiyanın məbləğini icra hakimiyyəti təyin etmir”, - Yasamal Rayon İcra Hakimiyyətindən telefon zəngimizə cavab olaraq bildirdilər.
“Bəs sonuncu sakin binanı tərk etmədən sökülmə işləri aparıla bilərmi?” sualına gəlincə isə, icra hakimiyyəti rəsmisi bu barədə dəqiq məlumata malik olmadığını dedi.
Paylaş:
Müəllif : Redaktor
Tarix:29-07-2019, 21:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:29-07-2019, 21:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-12-2024, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
29-12-2024, 12:38