reklam
Regionxeberlericom.az » Gündəm » Rəşad Dağlı Ələkbərin dayısı oğlunu öldürdü - ŞOK TƏFƏRRÜATLAR

reklam

Rəşad Dağlı Ələkbərin dayısı oğlunu öldürdü - ŞOK TƏFƏRRÜATLAR


Prokurorluq Rəşad Dağlının qətl törətməsi ilə bağlı məlumat yayıb.

Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, noyabrın 9-u saat 5 radələrində 43 yaşlı İskəndər Mehtiyevin öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 38 yaşlı Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.




Paylaş:


Müəllif : Tarix:
9-11-2022, 12:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər