reklam
Regionxeberlericom.az » Gündəm » `OMD`nin direktoruna qarşı AĞIR İTTİHAM... - Əgər araşdırılarsa...

reklam

`OMD`nin direktoruna qarşı AĞIR İTTİHAM... - Əgər araşdırılarsa...











Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ( “OMD” ) ilə bağlı öncə onu qeyd edək ki, bu tibb müəssisəsi Azərbaycanda UŞAQLAR üçün ilk xəstəxanadır. Yəni bu xəstəxana məhz uşaqlar üçün nəzərdə tutulub. 1926-ci ildə əhalidən yığılan iyanə hesabına tikilməyə başlayan, 1986-cı ildə Səhiyyə Nazirliyinin göstərişilə Elmi-Tədqiqat Pediatriya İnstitutu adı verilən, 1992-ci ildən etibarən isə Kübra Fərəcovanın adını daşıyan «OMD» xəstəxanası son illər sanki uşaqların qəniminə çevrilib.

Bircə faktı qeyd etsək, vəziyyət aydın olar. Belə ki, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Sabirabaddan olan ölmüş qız körpəsinin valideynlərinə, səhvən ölmüş oğlan körpəsinin meyitini veriblər. «OMD» xəstəxanasında qız körpəsinin öldüyünü bildirdikdən sonra uşağın meyitini valideynlərinə təhvil veriblər.

Lakin uşağın dəfn mərasimində körpənin qız yox, oğlan olduğu məlum olub. Valideynlər polisə müraciət ediblər və .... K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan bildiriblər ki, texniki səhv üzündən qız körpəsinin meyiti Salyandan olan oğlan körpəsinin meyiti ilə səhv düşüb. Başqa bir uşağın nənəsi deyir ki, həkim uşağımızı öldürüb bizə verdi: “Bizdən icazəsiz uşağı kəsib-doğrayıblar. Ən bahalı dərmanları bizə aldırırdılar. Deyirdilər, özümüz bahalıları yazırıq ki, uşağa yaxşı təsir etsin. Sonra da uşağı bu hala salıb bizə verdilər”.

Başqa bir valideyin yazır ki, uşaq anadan olanda həkimlər uşağın sağlamlığında heç bir problemi olmadığını dedilər, OMD-də də rentgen zamanı da problem olmadığını söylədilər və həkim Gündüz Ağayev hər şeyin yaxşı olacağını deyirdi, amma 3 gündən sonra uşaq öldü və bəlli oldu ki, körpənin anadangəlmə anus dəliyi olmayıb.

Dünyada bundan böyük rüsvayçılıq ola bilməz. Bəs onlarla həkim, cərrah görməyib ki, körpənin anus dəliyi yoxdur..? Bunlar ancaq bahalı dərmanlar, pul haqqında düşünürlər.

Bəli, OMD xəstəxanası əslində göz önündədir. OMD xəstəxanasında olan xəstələr yazır ki, uşaqlar üçün nəzərdə tutulan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun reanimasiya şöbəsində natəmizlik baş alıb gedir.

Bu azmış kimi reanimasiya şöbəsində qalmaq üçün 550 manat pul ödəməlisən. OMD-nin direktoru Allahverdi Musayev müqavilə əsasında xəstəxanaya xeyli sayda həkimləri yarımştat üzrə işə qəbul edib, Ramilə, Anar və s kimi həkimlər OMD-də qeyri-rəsmi MƏSLƏHƏTÇİ kimi işə qəbul olunublar, hansı ki, həmin şöbələrdə kifayət qədər təcrübəsi, savadı olan elmlər namizədi alimlər, professorlar çalışır. Direktor Allahverdi Musayev kənardan OMD-yə guya uzman həkimlər işə qəbul edərək onlara 5000 manat maaş verir, hansı ki, OMD-də də çalışan peşəkar həkimlər, professorlar 500-1000 manat arasında maaş alırlar.

Digər ciddi problem odur ki, OMD-də də ölüm hallarının sayı son vaxtlar xeyli artıb. Amma bu real rəqəmləri gizlədirlər. Və ölümü real olan uşaqları ölümqabağı valideynlərə verib xəstəxanadan çıxarırlar ki, ölümün statistikası aşağı olsun. Bir ayda 40-50 nəfər ölüm halı olur ki, bunlar da gizlədilir. Hətta xəstələrin müayinə göstəriciləri, xəstəlik tarixçələri də it-bata düşür, ya da gizlədilir. OMD-də də hətta 40-50 yaşlı kişilərə də sistem köçürülür. Bir soruşan yoxdur ki, bura uşaq xəstəxanasıdır, yoxsa..?

Direktor həkimlərdən tələb edir ki, lazım gələrsə küçədən xəstə-pasiyent tutub gətirin əməliyyat üçün...

Onu da qeyd edək ki, OMD-nin Oftalmologiya institutu ilə uzun illərin müqaviləsi var. Ki, göz xəstəliklərinin müalicəsi üçün. Amma hazırda OMD həmin müqavilədən imtina edib və o işləri direktor Allahverdi Musayevin qardaşı Samir həkim həyata keçirir. Hansı ki, Samir həkim oftalmoloq olsa da, xüsusi göz əməliyyatlarını bacarmır. Bütün bunlar azmış kimi, direktorun göstərişi ilə vaxtından qabaq doğulmuş körpələr üçün 100-300 manat arasında pul tələb edilir. Ki, onların görmə qabiliyyəti yaxşılaşdırılsın. Direktorun başqa bir qardaşı Seymur həkim isə kardioloq olsa da normal əməliyyat edə bilmir.

Sözün qısası, 3 qardaş bir araya gələrək OMD-ni məhv edirlər, reanimasiya şöbəsini sanki bazara” döndəriblər.

Yazıya son olaraq onu qeyd edək ki, bu yaxınlarda 20 yaşlı gənc oğlan OMD-də burnundan əməliyyat zamanı dünyasını dəyişib. Soruşan yoxdur ki, uşaq xəstəxanasında 20 yaşlı gənci necə əməliyyata qəbul ediblər..?

Onu da qeyd edək ki, OMD-də bütün müayinə və müalicələr pulla, ödənişlidir. Direktor Allahverdi Musayev üçün icbari sığorta-zad boş şeydir. OMD-yə dövlət kifayət qədər vəsait ayırsa da orada xəstələrdən analiz götürülmür, direktorun göstərişi ilə xəstələr analiz üçün İNCİ-yə göndərilir. Vəziyyət o dərəcədə kritik həddə çatıb ki, hər ay, hər şöbədən pul yığılır. Görəsən, bu pul hara yönləndirilir?

Təsəvvür edirsiniz, direktorun aylıq maaşı 12 min manatdır. Bura bonuslar, alınan rüşvət və s daxil deyil. Bir sözlə, OMD-nin direktoru Allahverdi Musayev dövlətin ayırdığı vəsaiti dağıdır, dələduzluq edir, rüşvət və korrupsiya ilə məşğul olyur. Direktor əməkdaşları məcbur edir ki, tibbi, texniki avadanlıqların sıradan çıxmasına və nəticədə dövlətin pullarının silinməsinə çalışsınlar. Bütün bunların sonunda bir sual açıq qalır: Görəsən, Səhiyyə Nazirliyi, TƏBİB bu rəzaləti görmür..?

P.S. Biz yazırıq, araşdırmaq isə Hüquq Mühafizə Orqanlarının işidir. Özlərini təmizə çıxarmaq üçün məhkəməyə müraciət etmək isə, boğaza qədər korrupsiyanın və rüşvətin içərisində olan dövlətimizi kərpic-kərpic sökən bəzi məmurların hobbisidir. //gundelik-baku.com//




Paylaş:


Müəllif : Tarix:
10-11-2022, 12:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər