reklam
Regionxeberlericom.az » Gündəm » Vəkilinə Rəşad Dağlı ilə görüşməyə icazə verilmir - AÇIQLAMA

reklam

Vəkilinə Rəşad Dağlı ilə görüşməyə icazə verilmir - AÇIQLAMA


İki gündür Rəşadla əlaqə saxlamağa çalışıram, amma alınmır. Axşam yanına yemək aparmaq istədim, dedilər ki, artıq gətiriblər.

Regionxeberlericom.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri Qaradağ Rayon Məhkəməsinin qarşısında jurnalistlərə açıqlamasında Rəşad Əmirovun (Dağlı) dostu Ataş Hüseynov deyib.

O bildirib ki, hadisədən bir gün əvvəl məclisdə olub:

“Mən o məclisin görüntülərini də paylaşmışam. Biz bilmirik ki, mübahisə məclisdə yaranıb, ya məclisdən sonra. Əsas bildiyimiz odur ki, vəkili də yanına girə bilmir. Polis İdarəsinin Növbətçi hissəsinin əməkdaşları bildirdilər ki, nə vəkilinin, nə də başqasının Rəşadla görüşməyinə icazə vermirlər. Bu hadisə ilə bağlı Rəşad heç kimə heç nə demədi. Nə qardaşı, nə də mən bilməmişik ki, belə bir hadisə üçün gedir. Bilsəydik, biz qoymazdıq o getsin. Rəşad idmançı olub, əli-qolu güclü olub. Heç vaxt üstündə bıçaq gəzdirməzdi. Bir problem olsa, dalaşardı, mən düşünürəm ki, o özünü müdafiə edib. Amma hər şey yekun araşdırmadan sonra bəlli olacaq”.




Paylaş:


Müəllif : Tarix:
10-11-2022, 17:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər