Naxçıvanın icra başçısı qəza törətdi

Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzası keçirib.
Bu barədə Naxçıvan Muxtar Respublikasının rəsmi qəzeti olan "Şərq qapısı" qəzetinin şöbə müdiri Sara Əzimova məlumat verib.
Bildirilib ki, hadisə bu gün axşam saatlarında Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisindən keçən Naxçıvan - Şərur avtomobil yolunda baş verib.
Şərur istiqamətində hərəkət edən "Mitsubiyşi L-200" markalı avtomobil idarəetməni itirərək əvvəlcə "Hundai" markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən M.Seyidovun şəxsi avtomobilinə çırpılıb. Avtomobildə tək olan M.Seyidov heç bir bədən xəsarəti almayıb.
Digər avtomobilin sürücüsü isə yüngül zədələnib. Avtomobillər ağır zərbədən yararsız hala düşüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-11-2022, 22:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-11-2022, 22:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB