İsmayıllıda Sovet dövrünün izləri - FOTOLAR
İsmayıllı rayonu Azərbaycanın dilbər guşələrindən biridir. 2020-ci ildən rayona Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində fərqləndiyinə görə “Fəxri Turizm İşçisi” fəxri ada layiq görülən Nahid Bağırov başçılıq edir.
Xatırladaq ki, Nahid Bağırov çox azsaylı məmurlardan biridir ki, yüksək vəzifəyə təyin olunandan az sonra Prezident İlham Əliyev tərəfindən töhmət verilib. Belə ki, İcra başçısı Nahid Bağırov Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilmişdi.
Ötən il rayona gələn qonaqların, həm də şəhər sakinlərinin ürəyincə olacağını və turizm sahəsində sahibkarlığın təşviqinə töhfəsini verəcəyini ümid edərək İsmayıllı rayon İcra Hakimiyyəti küçə və prospektlərdəki divarlara rəsmlər çəkdirdi. İcra Hakimiyyəti bunun üçün büdcədən nə az, nə çox düz 40 min manat vəsait ayırdı.
Bu qədər vəsaiti divarlarda rəsm çəkməyə sərf etməkdənsə rayonun bərbad gündə olan küçələrinə sərf etmək olardı. Məsələn elə İcra Hakimiyyətinin beş addımlığında olan Füzuli küçəsinə..
Azəraycanın müstəqillik qazanmasından və latın qrafikalı əlifbaya keçməsindən 31 il ötür. Buna baxmayaraq, hələ də İsmayıllı rayonunun mərkəzi küçələrindən sayılan Füzuli küçəsində Sovet dövrünün izlərini daşıyan simvol və lövhəciklərə rast gəlmək mümkündür.
Bu küçədə dəyişməyən təkcə lövhəcik deyil, küçəyə sonuncu dəfə asfalt da elə Sovetlər dönəmində döşənib. Ətrafı kol-kos basıb, zibil atmağa qablar tapılmır.
Sakinlər küçənin bərbad, zibil qabıların olmaması, işarə lövhələrinin köhnə olması barədə dəfələrlə Rayon İcra Hakimiyyətinə müraciət etsələr də heç bir müsbət cavab almayıblar.
Haqlı iradımıza Rayon İcra Hakimiyyətindən reaksiya verən, söz demək istəyən olarsa onların da söz haqqını tanıyırıq.
Cəfər Cəfər,
Asiya.az
Paylaş:
Müəllif : Fuad
Tarix:16-11-2022, 23:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər