reklam
Regionxeberlericom.az » Gündəm » Təhsil Nazirliyinin KOLLEC KOLXOZU... - Kimlərsə pul qazanır deyə...

reklam

Təhsil Nazirliyinin KOLLEC KOLXOZU... - Kimlərsə pul qazanır deyə...


Kolleclərdə baş verən acınacaqlı durumla bağlı yazıya keçməzdən öncə, ümumiyyətlə, kollec təhsili barədə qısa məlumat verək. 70 il yaşadığımız sovet dönəmində “Kollec” sözü bizdə yox idi, bunu haradasa “Texnikum” sözü əvəz edirdi. Və Azərbaycanda 10-larla müxtəlif sahələrə aid texnikumlar fəaliyyət göstərirdi.

Gəlin açıq etiraf edək ki, sovet dövründə Tibb texnikumunu bitirənlər bu gün Tibb Universitetini bitirənlərdən savadlı və peşəkar idi. Bu məqamda bir maraqlı nüans.

Bir neçə il əvvəl Rusiyada çalışan bir biznesmen xahiş etdi ki, onu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə xanımla tanış edək. Səbəbini soruşanda dedi ki, qızımı AMİ-yə ( yəni ATU-ya ) qoymaq istəyirəm. Biraz da maraqlananda cavab verdi ki, istəyirəm qızıma “Medinstitut”un diplomunu cehiz verəm. Bəli, bu bizim az qala milli faciəmizdir. Mütləq ali təhsil, olmasa kollec diplomu olsun-filan. Yaxşı, bu savadsız həkimlər ordusu kimə lazımdır..?

Elə bilrsiniz, təkcə tibb kolleclərində vəziyyət belədir. Əsla, bütün sahələr eyni acınaqcaqlı durumdadır. Bax, beləcə bizim təhsil sistemi bu gün iflas həddindədir.

Sözün düzü, bu gün nəinki kolleclər, heç ali məktəblər normal təhsil verə bilmir. Əgər ali məktəbi bitirən şəxs iş tapmayıb, gözəllik salonunda çalışırsa, hansı təhsildən danışmaq olar..?

Əgər bu insan gözəllik salonunda işləyəcəkdirsə, 5 ilini və üstəlik 20-25 min manat təhsil xərcini niyə ödəməli id..?

Qısa məlumat üçün qeyd edək ki, bu gün Azərbaycanda 54 orta ixtisas təhsili müəssisəsində (kolleclərdə) 58 minə yaxın tələbə təhsil alır. İndi özünüz fikirləşin hər il 58 min tələbə kolleci bitirir, bunlar harada işlə təmin olunacaqlar..?

Sovetlərin dağılmasından sonra Azərbaycanda tələm-tələsik texnikumları kolleclərə çevirdilər və bir az sonra həmin müstəqil kollecləri uyğun ali məktəblərin tabeliyinə verdilər. Məsələn, Maliyyə-İqtisad Kollecini Azərbaycan Dövlət İqtisad Universitetinə, Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Universitetinə, Bakı Neft-Energetika Kollecini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, İncəsənət Kollecini Azərbaycan Rəssamlıq Akademiyasına, İnşaat Kollecini Azərbaycan Memarlıq və İnşaat Universitetinə, Bakı Texniki Kollecini Azərbaycan Texniki Universitetinə…..və.s…və.i… bu siyahını 54-ə qədər davam etdirmək olar.

İndi sual olunur ki, bu tabeçilikdən sonra nəsə müsbət dəyişiklik oldumu..?

Yeri gəlmişkən, dəfələrlə Bakı texniki Kollecində baş verən neqativ hallarla bağlı Texniki Universitetin prorektoru ilə söhbətimiz olub. Hər dəfə and-aman edib ki, oranın adı bizə tabedir, özünün sahibi Təhsil Nazirliyində oturub… İndi aydın oldumu, bu tabeçilik-filan hamısı boş söhbətlərdir, kolleclər hamısı sanki kimlərinsə biznes obyektidir.

İndi isə kolleclərlə bağlı bizim Alalh qoymasa Nazirlər Kabineti təzə qərar verərək kollecləri public hüquqi şəxslərə çevirib. Sizi inandırıram ki, həmin kolleclərin direktorlarından soruşsanız, PUBLİK HÜQUQİ ŞƏXSİN nə olduğunu düz-əməlli bilməyəcək. Bir dəfəlik bilməliyik ki, Azərbaycandakı nəinki kolleclərin heç universitetlərimizin təhsil səviyyəsi xaricdəki kolleclərin səviyyəsində deyil. Həm də elektrik mühəndisi olmaq üçün 5 il oxumağa nə ehtiyac var axı..?

Hələ, üstəlik kolleclərdə tədris olunan köhnə dərsliklərlə müasir standartlara cavab verən mütəxəssis hazırlamaq mümkün deyil. Bütün bunlar azmış kimi kolleclərin ilbəil təhsil haqqını, ödənişi qaldırması da bir ayrı problemdir. Bir soruşan yoxdur ki, sən axı nə təhsil verirsən ki, hələ bu qədər ödəniş də tələb edirsən. Axı, sənin yetişdirdiyin kadrlar əmək bazarının tələblərinə uyğun kadrlar deyil. Azərbaycana bu gün savadlı orta ixtisaslı tibb işçilər lazımdır. Görəsən, ölkəmizin Tibb Kollecləri belə mütəxəssis hazırlaya bilirmi..?

Bir siyahıya nəzər salın: 2 nömrəli Bakı Baza Tibb Kolleci, Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci, Gəncə Tibb Kolleci, Mingəçevir Tibb Kolleci, Şəki Tibb Kolleci, Lənkəran Tibb Kolleci, Cəlilabad Tibb Kolleci, Quba Tibb Kolleci, Saatlı Tibb Kolleci… Və əgər kollecin xanım direktoru tələbəyə, əə, şam tutan deyirsə…

Sözün qısası, təhsilimiz sanki ölür, üstündə ağlayanı, daha doğrusu, onu xilas edən lazımdır.

P.S. Görəsən, burada da cənab Prezidentin DƏMİR YUMRUĞU lazımdır? //gundelik-baku.com//




Paylaş:


Müəllif : Tarix:
18-11-2022, 09:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər