reklam
Regionxeberlericom.az » Gündəm » Vətəndaşlar o günü dörd gözlə gözləyir - Hər uşağa 200 manat verilsə...

reklam

Vətəndaşlar o günü dörd gözlə gözləyir - Hər uşağa 200 manat verilsə...


“Bu gün ünvanlı sosial yardım siyasəti həyata keçirilir. Yaxşı olmazdımı ki, bu məfhum, yardım paketini biz uşaq pulu adına transfer edək?”

Regionxeberlericom.az DİA.AZ-a istinadən bildirir ki, bu təklif millət vəkili Fəzail Ağamalıya məxsusdur. Millət vəkilinin sözlərinə görə, çoxuşaqlı və yalnız bir nəfərin işlədiyi ailələrə ünvanlı sosial yardım təyin edilir. “Bu da indiki reallıqda 500-600 manat ailə gəliri deməkdir. Bəlkə bunun da üzərində düşünülsün?” - deyə deputat bildirib. Millət vəkilinin təklifi ciddi müzakirələr doğurub. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti uşaq pulunun verilməsini vacib sayır və “bütün uşaqlara uşaq pulu təyin edilməlidir. Sivil qanunlarla idarə olunan ölkələrdəki kimi bizdə də bu qanun qüvvəyə minməlidir. İllərdir insanlar bu nağılları dinləməkdən yorulub artıq. Zatən əksər ailələr sosial problemlər səbəbindən acınacaqlı durumdadır. Uşaq pulu almaq hər bir uşağın haqqıdır” deyə bildirirlər. Bəziləri isə ünvanlı social yardımların təyinatında baş verən bəzi neqativ halların uşaq pulu təyinində də təkrarlanacağından ehtiyat edərək əndişə keçirir. Məsələn, “həyətində 3 maşını, 3-4 evi olanlar həm sosial yardım alır, həm uşaqpulu. Çünki "həssas" kateqoriyadandılar. 4 uşaqlı ailənin “sosial”ını kəsdilər ki, ananın adına pay torpağı var 18 sot. Toxum yox, su yox, dərman yox, texnika yox, get 18 sotda daş ək taxıl biç, kartof yığ, üzüm dər, soğan becər, 4 uşağını doyur…” yazaraq, uşaq pulunun da maddi sıxıntı içində yaşayan ailələrlə yanaşı, imkanlı ailələrə veriləcəyinin düzgün olmadığını qeyd edib. Bəziləri isə bu fikirdədir ki, uşaq pulu hər bir uşağın haqqıdır, imkanlı-imkansız, fərq etməz.

Sosioloq Elçin Bayramlı isə bildirib ki, ünvanlı sosial yardımı ləğv edib ünvanlı uşaqpulu vermək təklifi daha məqbuldur. Hər uşağa 200 manat verilsə, heç bir sosial yardıma ehtiyac qalmaz. Lakin məsələ pulun dəyərinin gələcək illərdə hansı səviyyədə olacağıdır. Hər uşağa 200 manat verilsin, amma üzməyi yaxşı bacaran məzənnə hesablamalarına uyğun olaraq. Yəni qiymətlər artdıqca uşaq pulunun qiyməti də artmaq şərti ilə. Çünki bu artımlarla beş aydan sonra iki yüz manat iyirmi manat civarında olacaq.

Müəyyən təbəqə isə uşaq pulunun kütləvi verilməsini doğru saymır: Bunun başqa tərəfləri də var. Ziyalı təbəqə onsuz bir, iki uşaqdan artıq istəmir. Bu pul onları həvəsləndirməyəcək, çünki onlar uşağın mənəvi çətinliklərini anlayırlar. Ziyalı olmayan təbəqə isə pula görə daha çox uşaq istəyəcək, bu da ölkədə kütləvi savadsızlaşma yaradacaq gələcəkdə. İkincisi, kişilər qadınları ard-arda hamiləliyə məcbur edəcəklər, bu da qeyri-sağlam nəsil təhlükəsi yaradır. Əgər pul veriləcəksə birinci uşağa 200, digərlərinə 20 manat verilməlidir”. Maddi sıxıntı içində olan ailələrsə uşaq pulunun veriləcəyini dörd gözlə gözləyir.

İqtisadçı Əkrəm Həsənov “Şərq”ə açıqlamasında hazırda dövlətin hər uşağa uşaq pulu vermək imkanına malik olmadığını dedi:

- Pul varsa, niyə də verilməsin?! Amma əhali məsələni düzgün başa düşməlidir. Ünvanlı yardım ailənin maddi vəziyyətinə görə təyin edilir, uşaq pulu isə maddi vəziyyətdən asılı olmayaraq bütün uşaqlara təyin ediləcək. Hər uşağa pul çatacaq. Bu da əlbəttə ki, büdcədən daha çox vəsaitin çıxması deməkdir. Hazırda Azərbaycan dövlətinin digər, daha mühüm xərcləri olduğunu (məsələn, işğaldan azad edilmiş ərazilərin bərpası) nəzərə alaraq, indiki zamanda hər uşağa uşaq pulu verilə biləcəyi real görünmür. Mən bəzi millət vəkillərinin bu səpkili açıqlamalarını xalqa hesablanmış, söz xətrinə deyilən söz hesab edirəm. Real vəziyyətə uyğun təkliflər verilməlidir. Hazırda dövlətin belə bir imkanı yoxdur ki, hər uşağa uşaq pulu versin. Hesab edirəm ki, indiki şəraitdə ünvanlı sosial yardım daha məqsədəuyğundur. Lakin burada əsas məsələ, yenə də şəffaflığın təmin edilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardım təyin edilən vətəndaşlarla bağlı xüsusi sayt yaratmalı və şəxslərin adları orada göstərilməlidir. Sayt ictimaiyyətə açıq olmalı, kimsə ünvanlı sosial yardım alan şəxslə bağlı hər hansı faktlara malikdirsə, bu barədə məlumat verməlidir. Məsələ araşdırılıb, sosial yardıma həqiqətən ehtiyacı olanlarla, ehtiyacı olmayanlar ayırd edilməlidir.




Paylaş:


Müəllif : Tarix:
19-11-2022, 10:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər