reklam
Regionxeberlericom.az » Gündəm » Vasif Talıbovun yeni QAZANC NÖVÜ: İməclik pulu... - BU NƏDİ BELƏ?

reklam

Vasif Talıbovun yeni QAZANC NÖVÜ: İməclik pulu... - BU NƏDİ BELƏ?

Naxçıvanda yeni iməclik qaydaları formalaşır. Necə ki, Türkiyədə və bir çox ölkələrdə paralı əsgər anlayışı var, Naxçıvanda da buna bənzər paralı iməclik ənənəsi yaranıb. Yəni pulunu ver, iməcliyə getmə.

Paralı iməcliyin paralı əsgəlikdən fərqli tərəfləri də var. Belə ki, əsgərlik kişi cinsinin mükəlləfiyyətinə aid olduğundan əsgərlik əvəzinə pul vermək də onların hüququ sayılır. Naxçıvanın paralı iməclik mükəlləfiyyəti isə yalnız qadınlara məxsusdur. İddialara görə, iməcliyə getməyən qadın müəllimlərdən hər ay 10 manat iməclik pulu yığılır.

Regionxeberlericom.az bildirir ki, Ovqat.com-a Babək rayonundan göndərilən şikayət məktubunda bu barədə məlumat verilərək deyilir:

"Naxçlvan MR Təhsil Nazirliyinin məktəblərə iməciliyə çıxmaq tələbini məktəb drektorları canla-başla yerinə yetirirlər.

Məktəb drektorları məktəbdə çalışan kişi müəllimlərini iməciliyə aparırlar qadın müəllimlərdən isə iməciliyə getmədikləri üçün hər ay maaş veriləndə iməcilik pulu yığırlar. Bu məktəblərdən biri də Babək rayon Qahab kənd məktəbidir. Babək rayon Qahab kənd məktəbinin drektoru Əlövsət Rzayev hər ay maaş veriləndə qadın müəllimələrdən iməcilik pulu adı altında 10 manat pul alır. Qadın müəllimələr 10 manat pulu vermək istəməyəndə isə drektor deyir ki bu, Ali məclisin göstərişidir, mənlik deyir".

Digər bir məlumata görə, əvvəl yalnız dövlət məmurlarının iməcliyə getmək mükəlləfiyyəti vardısa, indi özəl şirkət çalışanlarından da bu "vətəndaşlıq borclarını" yerinə yetirmək tələb olunur.







Paylaş:


Müəllif : Tarix:
21-11-2022, 09:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər