reklam
Regionxeberlericom.az » Gündəm » “Bravo”nun əməliyyat direktoruna Azərbaycanda işləməyə icazə verilmədi

reklam

“Bravo”nun əməliyyat direktoruna Azərbaycanda işləməyə icazə verilmədi

















Dövlət Miqrasiya Xidməti Böyük Britaniya vətəndaşı Fellovs Sean Konardın Azərbaycanda işləməsinə icazə verməyib. 

Sean Fellovs bu ilin yanvar ayından ölkənin aparıcı supermarketlər şəbəkəsindən biri olan “Bravo”da əməliyyat direktoru vəzifəsində çalır.

Məlumat üçün qeyd edək kİ, “Bravo” supermarketlərinin sahibi kimi "Azərbaycan Supermarket" MMC (VÖEN - 1403051411 ) göstərilir. Bu şirkət 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında qeydiyyatdadır.  

Xəbəri rus dilində oxuyun: Оперативному директору "Bravo" не разрешили работать в Азербайджане

"Azərbaycan Supermarket" MMC-nin təsisçiləri barədə rəsmi məlumat açıqlanmasa da, bu şirkətin qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında “Paşa Holdinq”ə bağlı olan ("Paşa İnşaat", "Paşa Technology", "Paşa Sığorta" və s.) şirkətlər də dövlət qeydiyyatına alınıb.





Paylaş:


Müəllif : Tarix:
22-11-2022, 12:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər