reklam
Regionxeberlericom.az » Gündəm » “Maaşı nə qədər artırırıq artıraq, vətəndaş bunu hiss etmir”

reklam

“Maaşı nə qədər artırırıq artıraq, vətəndaş bunu hiss etmir”
















“Təsəvvür edin, ərzaq məhsullarının qiyməti 60% bahalaşıb. Maaşı nə qədər artırırıq artıraq, vətəndaşın yaşamında bu, özünü hiss elətdirmir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

O qeyd edib ki, rayonlarda açılan istehsal müəssisələri subyektiv səbəblərdən fəaliyyətini dayandırır: “10 min nəfər işçisi olan müəssisələrdə formal olaraq 100 nəfər qalır. Özəlləşmə qiymətlərini aşağı salmaq lazımdır ki, iqtisadi həyat canlansın. Dərman vəsitələri ölkəmizdə Türkiyədən 3 dəfə bahadır. Kiminsə mənfəət qazanması hesabına onkoloji xəstələr əziyyət çəkir”. 

Deputat eyni zamanda əlavə edib ki, bu il dövlət büdcəsindən Müdafiə və Milli Təhlükəsizlik məsələlərinə 5,3 mlrd. manat ayrılması nəzərdə tutulub: “Həmin qurumların üzərində hələ də nəzarət mexanizmi qura bilməyiblər”.

Fazil Mustafa xatırladıb ki, nəzarət mexanizmi qurulmadığından DTX Müdafiə Nazirliyində 15-20 milyon manat mənimsəmənin üstünü açıb: “Nəzarət mexanizmi mütləq yaratmalıyıq. Hər oğurlanan vəsait hər Azərbaycan əsgərinin, zabitinin haqqının çalınmasıdır. Bu ədalətsizliyin suçlusu bəlkə də bizik”.




Paylaş:


Müəllif : Tarix:
25-11-2022, 12:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər