reklam
Regionxeberlericom.az » Gündəm » Kərgərli rayonunda 10 milyon manatdan çox vəsait necə buxarlanıb? - ŞOK İDDİA

reklam

Kərgərli rayonunda 10 milyon manatdan çox vəsait necə buxarlanıb? - ŞOK İDDİA



















Naxçıvan Muxtar Respublikasında ən böyük korrupsiya halları kənd təsərrüfatı sahəsində yaşanır.

Kəngərli rayonunun adının çəkilməsini istəməyən sakininin Ovqat.com-a göndərdiyi məktubda belə iddia olunur.

Məktub müəllifi iddialarını əsaslandırmaq üçün 2 faktdan bəhs edir. 

İlk fakt rayonun Yurdçu kəndi ərazisində qurulan qapalı suvarma şəbəkəsi ilə əlaqədardır: 

“Bu qapalı suvarma şəbəkəsi 56 hektar ərazini əhatə edir. Ərazidə min metrlik ana xəttin tikintisi başa çatdırılıb. Burada uzunluğu 5200 metr olan paylayıcı suvarma şəbəkəsinin çəkiləcəyi və 56 hidrant qoyulacağı gözlənilir. Rəsmi açıqlamaya görə, Arpaçay sol sahil kanalından qidalanan “Qıvraq-1” nasos stansiyası vasitəsilə su ərazidəki hovuza vurulacaq və özaxımı ilə şəbəkəyə paylanacaqdır. Ali Məclisin Sədri yaxınlıqdakı 40 hektardan artıq ərazinin də layihələndirilməsi və qapalı suvarma şəbəkəsinin qurulması barədə tapşırıqlar verib”.

Yəqin redaksiyamıza ünvanlanmış məktubun bura qədərki hissəsini oxuyanda ürəyinizdə Cənab “xan” həzrətlərinə böyük minnətdarlığınızı ifadə etdiniz. Və yəqin ki, beyninizdə bir sual meydana gəldi: Əcəba, sözügedən suvarma şəbəkəsinə nə qədər pul ayrılıb? 

Məktub müəllifi bu suala da cavab verir: 750 min manat.

Əminəm ki, bu cavabı eşidəndə minnətdarlıq hissləriniz daha çox artdı. Bəlkə də Naxçıvanı ağ günə çıxarmaq üçün əlindən gələni əsirgəməyən bu alicənab “xan”a az qala səcdə etmək eşqinə düşdünüz. Amma Naxçıvan torpağının yetişdirdiyi ən böyük “xan” qarşısında dizinizi yerə qoyub başınızı aşağı sallamağa tələsməyin.

Məsələ burasındadır ki, “xan” həzrətlərinin 0.75 milyonluq layihənin inşasında istifadə etdiyi materialların hamısı söküntü materialları olub. Hər halda məktub müəllifləri bu iddiadadır. İddianın nə qədər real olduğunu araşdırmaq Bakıdan Naxçıvana göndərilməmiş yoxlama komissiyasının əlində su içimlikdir.

Müəllifin şikayəti bununla da bitmir. Onun iddiasına görə, Kəngərli rayonunun Böyükdüz, Xok, Kərki və Yurdçu kəndləri ərazisində tikilən bir başqa qapalı suvarma şəbəkəsi də var. Bu şəbəkə ümumilikdə, 1916 hektar sahəni əhatə edir. Sahənin 1800 hektarı isə Vasif “xan” həzrətlərinə aiddir.

“Bu sahələrdə əslində hec bir nasos stansiyası tikilməyib. Sadəcə, Xok, Böyükdüz, Yeni Kərki kəndlərinin suyunu zəbt ediblər. Halbuki, Naxçıvan MR Maliyyə Nazirliyi bu layihə üçün rayon melorasiya idarəsinə 12 milyon manat vəsait ayırmışdı. Layihəyə real xərclənən pul isə heç 2 milyon manat da olmayıb”, - məktubda belə deyilir.


 


 


 




Paylaş:


Müəllif : Tarix:
29-11-2022, 08:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər