reklam
Regionxeberlericom.az » Gündəm » “Azsığorta”nı məhkəməyə verən iş adamını indiki və sabiq nazirlə nə bağlayır?

reklam

“Azsığorta”nı məhkəməyə verən iş adamını indiki və sabiq nazirlə nə bağlayır?

















"Dıqlas 2” MMC-nin (VÖEN - 2004774181) ölkənin aparıcı sığorta şirkətlərindən olan “Azsığorta” ASC-yə qarşı qaldırdığı iddia üzrə bu gün məhkəmə iclası keçirilib.

Məhkəmə iclası hakim Ülkər Həsənovanın sədrliyi ilə Bakı Kommersiya Məhkəməsində baş tutub. Sığorta müqaviləsi üzrə mübahisələrlə əlaqədər qaldırılan iddia üzrə növbəti iclas dekabr ayının 21-də keçiriləcək.

Məlumat üçün bildirək ki, “Dıqlas 2” MMC-nin qanuni təmsilçisi 2019-cu ildə paytaxtın Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş verən yanğın zamanı özünü direktor müavini kimi təqdim edən Rəhimov Arzu Nüsrət oğludur. Arzu Rəhimov yanğın zamanı verdiyi açıqlamada qeyd edib ki, ticarət mərkəzinin 2 sahibi var.

Onu da qeyd edək ki, yanğının baş verdiyi “Diqlas” ticarət mərkəzinin yerləşdiyi ünvanda - Qara Qarayev prospekti 81Q-də qeydiyyatda olan “Diqlas 1” MMC (VÖEN – 1601175991) adlı şirkətin rəhbəri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov olub. Hazırda həmin şirkətə Mahmudov Babək Səməd oğlu rəhbərlik edir.

“Azsığorta” ASC-ni məhkəməyə verən Arzu Rəhimov eyni zamanda daha əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə bağlı olan “Gilan Dəri” MMC-yə rəhbərlik edir. Hazırda nizamnamə kapitalı 4 milyon 325 min manat olan şirkətin adı “A.C.E. Dəri” MMC (VÖEN -1400671231) adlanır. Arzu Rəhimov ötən ilin dekabr ayında 500 min manat nizamnamə kapitalı ilə təsis olunan “Arfa Aqro” MMC-nin (VÖEN - 1505729691) də qanuni təmsilçisidir.

Arzu Rəhimovun “Azsığorta” ASC-yə qarşı qaldıdığı məhkəmə iddiasının da yanan “Diqlas” ticarət mərkəzilə bağlı olduğu bildirilir. İddia olunur ki, “Azsığorta” ASC yanğınla bağlı sığorta ödənişlərini ödəməyib.

Xatırladaq ki, “Azsığorta” ASC-nin səhmlərinin 100%-nin Hikmət Əbuzər oğlu İsmayılova məxsus olduğu bildirilir. Mətbuatda “Azsığorta” ASC-nin səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bu günə kimi təkzib olunmayıb. 





Paylaş:


Müəllif : Tarix:
30-11-2022, 14:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər