reklam
Regionxeberlericom.az » Gündəm » Kərəm Mustafayev həbsdən qurtulmaq istəyir – Rusiyada biznesi var

reklam

Kərəm Mustafayev həbsdən qurtulmaq istəyir – Rusiyada biznesi var

















Naxçıvan Muxtar Respublikasında baş tutan həbslərdən sonra müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev əlində olan bütün imkanlardan maksimum istifadə edərək, Bakı ilə anlaşmağa çalışır.

Bu barədə Hurriyyet.az-ı bilgiləndirən mənbə iddia edir ki, Kərəm Mustafayev məhz bu yolla özünü mümkün həbs təhlükəsindən sığortalamağı planlaşdırır. O da deyilir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev bu yaxınlarda Naxçıvan Muxtar Respublikasına səfər edərkən Kərəm Mustafayev onunla bu barədə danışıb. Danışıqların baş tutub-tutmamasını zaman göstərəcək. Odur ki, bununla bağlı indidən dəqiq fikir bildirmək doğru olmazdı. Lakin bu bir faktdır ki, general-polkovnik Kərəm Mustafayev sahib olduğu sərvət, varidat baxımından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovdan heç də geri qalmır. Hətta bəzi iddialara görə, Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin rəisi general-leytenant Səhət Həbibbəyli ilə Naxçıvan MR maliyyə naziri Rafael Əliyevin ikisinin bir yerdə varidatı Kərəm Mustafayevin sərvəti yanında çox az görünür.

Verilən informasiya da o da deyilir ki, Əlahiddə Ümumqoşun Ordusunun komandanı bir sıra xarici ölkələrdə, xüsusən də Rusiyada böyük biznes şəbəkəsinə sahibdir…




Paylaş:


Müəllif : Tarix:
1-12-2022, 08:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər