Azərbaycan MN-nin ruslara COĞRAFİYA DƏRSİ... - BELƏ HARA QƏDƏR GEDƏCƏYİK?..
Ordumuzun rəhbərliyi Qarabağda ruslarla hələlik söz atışmasındadır. Yəni Müdafiə Nazirliyi bir növ Xarici İşlər Nazirliyinin işini görür. Halbuki XİN-nin borcudur ki, hətta Rusiya Müdafiə Nazirliyinə bildirilməli olan sözlü iradları Azərbaycanın hansısa qurumunun adından ifadə etsin. Eləcə də Azərbaycan MN-nin adından...
Görünəni odur ki, Azərbaycan MN bununla Rusiyanın diqqətinə çatdırmaq istəyir ki, biz sizinlə danışmaq istəyirik... DALAŞMAQ YOX...
Amma perspektivdə Rusiya ilə DAVAMIZ VAR... və qaçılmazdır... Bu mütləq olacaq. Çünki Rusiya ermənilərin qaçışından sonra Qarabağa rəsmən qonub. Və rusların Qarabağdan rahatlıqla əl çəkməsi gözlənilən deyil. Bu nağıla inanmaq olardı ki, rusların 5 ilin tamamında Qarabağdan xoşluqla çıxacağı ümidi ilə yaşayıb, buna güvənib planlar qurasan. BELƏ DEYİL VƏ OLMAYACAQ...
"Ruslar Qarabağdan asanlıqla çıxmayacaq" həqiqətini rəsmi Bakı da yaxşı anlayır... Ona görə də işi əslində diplomatiya olmayan Azərbaycan Müdafiə Nazirliyi bu gün ruslara diplomatik ismarıclar çatdırır. Artıq neçə dəfədir ki, Azərbaycan MN diplomatik dildə ruslara coğrafiya dərsi keçməyə çalışır... Çalışır... onlar dərs çıxaracaqlar, ya yox? Bu onların özlərindən öz güvənlərindən asılıdır.
Amma Azərbaycanın dövlət rəsmiləri də bir həqiqəti anlamılıdrlar ki, MN-nin bu coğrafiya dərslərinin bir yekunu olmalıdır... Əgər şagird dərsini öyrənmirsə, müəllim ən azından ona 2 yazır. Ruslarınkı isə qiymət cəzası qədərində deyil... SİNİFDƏN ATILMALIDIRLAR...
Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru
Paylaş:
Müəllif : Yazar
Tarix:1-12-2022, 10:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər