reklam
Regionxeberlericom.az » Gündəm » "Bizi qul kimi işlədib, maaşımızı mənimsəyirlər..." - NARAZILIQ VAR!

reklam

"Bizi qul kimi işlədib, maaşımızı mənimsəyirlər..." - NARAZILIQ VAR!


"Nəqşicahan" Holdinqdə çalışan bir qrup işçi maaşlarının kəsildiyindən şikayətçidir. Bu haqda "Gündəlik Naxçıvan"a işçilərin özləri məlumat verib. Onlar deyir ki, işə qəbul müqaviləsindən nəzərdə tutulan onsu da aşağı olan maaşın tən yarısı əllərindən alınır. Bundan əlavə, onlar gün ərzində 8 saat yerinə, 12-16 saat işləməyə məcbur edildiklərini bildirirlər.

Nəqşicahan" Holdingin Naxçıvan Ali Məclis sədri Vasif Talıbovun oğlu və köməkçisi Seymurun nəzarətində olduğu bildirilir.

Həmin şitkətdəki müəssisələrdən birində işləyən, təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən şikayətçilərdən biri deyir ki, baş verənlərdən narazı olanları işdən çıxarmaqla hədələyirlər.

" İşsiz idim. Məcbur qalıb adı çəkilən şirkətdə işə girdim. 300 manat maaş alacağıma razılaşdıq, müqavilə də bağladıq. Maaş alanda 150 manat verdilər, qalanını saxladılar. Bu azmış kimi, hər gün 14 saat işlədirlər. Bir neçə aydır bu cür davam edir. Tələb edəndə də deyirlər ki, işdən çıxararıq və səni Naxçıvanda bir daha heç kim işə götürə bilməz. Bu səbəbdən sumaq məcburiyyətindəyəm. Amma qiymətlər də qalxır. Dolanmaq da olmur. İndi nə edəcəyimi bilmirəm. Bizi qul yerinə istismar edirlər”.

Şikayətçlər deyir ki, bu işlərin başında Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi Nicat Mahmudovun qardaşı Rifat Mahmudov və Seymur Talıbovun yaxın dostu Mirziyəddin Seyidzadə dayanır:

"Onlar öz ətraflarına yaxın adamlarını yığıb işçilərə zülm edirlər. İşçilərin maaşı ilə sürətlə varlanırlar. Yuxarıda adı çəkilən şəxsin sərvətini bütün Naxçıvan əhalisi bilir. Rifat hər ay təkcə “Nəqşicahan Med” dərman firmasından aylıq 20-30 min manat aralığında faiz götürür. Bütün işçilərin pulunu kəsmək müqabilində Mirziyəddin deyilən şəxs 1 ilin ərzində 120 min manatlıq avtomobil alıb. Əlavə olaraq o, Sovedabad kəndində çox bahalı bir villa tikdirir. Onun çoxlu sayda mülkləri də var. Minlərlə işçinin kəsilən maaşları bu iki nəfərin və ətrafının cibinə axır. Bütün bunlara şərait yaradan isə, Seymur Talıbovdur. Bu adamlar çəkinmədən, açıq deyirlər ki, sizdən kəsilən maaşın üçdə ikisi Seymur, qalanı da bizə çatır”.

Adının çəkilməsini istəməyən digər şikayətçi də aylıq maaşının yarısının mənimsənildiyini bildirir:

“Maaşım 450 manat olmalıdır. Ancaq mənə 200 manat çatır. Xəbərdarlıq edilib ki, kim narazı qalıb, şikayət etsə işdən qovulacaq və adı qara siyahıya salınacaq. Kimə şikayət edəsən. Şirkət rəhbərliyi də, auditdə, hesabdar da, müfəttiş də öz adamlarıdır".




Paylaş:


Müəllif : Tarix:
2-12-2022, 09:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər