"Onkologiya Mərkəzi elə bil bazardır, hamı çalışır qiyməti aşağı salsın"
55 yaşlı Validə Tanrıverdiyeva 10 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. O deyir ki, 2013-cü ildən Milli Onkologiya Mərkəzində qeydiyyatdadır, ancaq müalicə qiymətləri "əl yandırır".
Məsələ ilə bağlı "Abzas Media" məqalə yayımlayıb.
Validə Tanrıverdiyeva bildirib ki, mərkəz dövlət müəssisəsi olsa da, bütün xidmətlər pulludur:
“Təsəvvür eləyin, bir dəfə qan analizinə görə məndən 84 manat pul istəmişdilər. Orada xəstələrlə söhbət edirsən, hərəsinə bir qiymət deyirlər. Ürəyin exo-kordioqraması nədir ki? Bir dəqiqəlik olan işdir. Tibb bacısı məndən ona görə 50 manat pul istədi, həkim də dedi ki, o təkrar gəlib, 25 versin, bəsdir. Dedim nə danışırsınız? 50 nədir, 25 nədir? Bura dövlət xəstəxanasıdır. Elə bil ora bazardır, hamı çalışır qiyməti bir az aşağı salsın, amma əksəriyyəti də elə deyilən pulu verir” .
Pulsuz müalicə almaq üçün əli hər yerdən üzülən Validə xanım Prezident Administrasiyasına da müraciət edib. Amma ona kömək göstərilməyib:
"Mənə hormonlarla bağlı 4 iynə yazıblar, biri 4 mindir. İynələr 16 min manat edir və mənim pulum yoxdur deyə, bunları ala bilməmişəm".
Validə Tanrıverdiyeva əlində-ovcunda olan bütün pulu müalicəsinə xərcləyib, amma hələ də sağlamlığına qovuşa bilməyib:
“Axırıncı dəfə həkim dedi ki, artıq sənə bu müalicələrin heç bir təsiri yoxdur, uşaqların var, nəvən var, get ölümünü gözlə. Onkologiyanın qapısından içəri girirsiniz, orada olan kişilər, qadınlar, hamı narazıdır. Hamısının üzündə elə kədər, hüzn var ki, üzlərinə baxan kimi oxuyuram onların vəziyyətini, elə yazığım gəlir. Hamı deyir ki, burada insanları öldürməklə məşğuldurlar”.
2022-ci ilin əvvəllərinə olan rəsmi rəqəmlərə görə, Azərbaycanda ümumilikdə 59 min nəfər onkoloji xəstə kimi qeydiyyatdadır. Ötən il 13 min 644 nəfərə bu diaqnoz qoyulub. Xərçəng diaqnozu qoyulan şəxslərin 53 faizi qadınlar, 47 faizi kişilərdir.
Onkoloq Nəsimi Qasımov deyir ki, yerli səhiyyə müəssisələrinə ayrılan dövlət vəsaiti artsa, həkimlər vətəndaşların ümidinə qalmaz:
“İstəyərdim ki, onkoloji xəstəliklər də dövlətin sosial sığorta zərfinə düşsün. Çünki bu xəstəliklə müalicənin ciddi maddi tərəfi var. Kimyəvi dərmanların qiymətləri manat devalvasiya edənə kimi bundan qat-qat yaxşı idi. Əgər dövlət maliyyəsi kifayət qədər yaxşı olsaydı, düşünürəm ki, bundan yaxşı işləyə bilərdik. Kütləvi profilaktiki baxışı təkmilləşdirə bilsəydik, aşkarolunma artardı və bizim də nəticələr daha yaxşı olardı”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və Milli Onkologiya Mərkəzinə sorğu ilə müraciət etdik. Nazirlik bu məsələnin onların səlahiyyətinə daxil olmadığını bildirdi, Onkologiya Mərkəzi isə ümumiyyətlə sorğuya cavab vermədi.
Prezident İlham Əliyevin 2012-ci ildə təsdiqlədiyi “Gələcəyə Baxış – 2020” İnkişaf Konsepsiyasında dövlətin 2020-ci ilə kimi həyata keçirilməli olan planlarında qeyd olunurdu ki, dövlət sosial xəstəliklərə (diabet, hemofiliya, talassemiya, onkoloji xəstəliklər, immunoprofilaktika, hemodializ, vərəm, QİÇS və s.) qarşı mübarizə, əhalinin sağlamlaşdırılması üzrə profilaktik tədbirlər həyata keçiriləcək. Onkoloji xəstələrə müvafiq dərmanların pulsuz təqdim edilməsilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı da var.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-12-2022, 18:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər