Cənubi Azərbaycanda etirazlar fonunda güllələnən gənclər - Foto
ABŞ və Kanadada akademik fəaliyyətlə məşğul olan azərbaycanlıların yaratdığı təşəbbüs qrupu “İran Etirazları 2022: İranda Azərbaycan türklərinin vəziyyətinə dair hesabat” yayımlayıb.
“Ətəkyazı” düşüncə portalına istinadla xəbər verir ki, sənəddə İranda 2022-ci il etirazları və bu fonda azərbaycanlıların üzləşdikləri repressiyalar, insan haqları pozuntuları barəsində geniş məlumat verilib.
Qeyd olunub ki, İranın digər bölgələrində olduğu kimi, azərbaycanlıların yaşadığı vilayətlərdə də insanlar digər etnik və dini hüquqları ilə yanaşı azadlıq tələbi ilə nümayişlər keçirməyə başlayıblar. Lakin hakimiyyət qüvvələri nümayişlər başlayan kimi dərhal azərbaycanlıların etirazlarını dağıtmağa başlayıb. Azərbaycan Hüquqşünaslar Assosiasiyasının İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifiyə görə, etirazların ilk iki həftəsi ərzində Təbrizdə polis və SEPAH qüvvələri 1700-dən çox etirazçını həbs edib. Bütün Azərbaycan bölgəsi üçün həbslərin miqyasını hesablamaq çətin olsa da, həbs edilənlərdən 121-nin və güllələnərək öldürülən 13 etirazçının kimliyi müəyyənləşdirilib.
Sözügedən 13 nəfər haqqında məlumatlar təqdim olunub.
Bildirilir ki, bununla belə hökumət interneti məhdudlaşdıraraq, zərərçəkmiş və öldürülmüş şəxslərin ailələrini hədələyərək ölənlərin və həbs olunanların sayınının dəqiqiləşdirilməsini çətinləşdirir.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-12-2022, 11:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər