reklam
Regionxeberlericom.az » Gündəm » Göyçay məhkəməsinin hakimi İbrahim Fəttahovdan biabırçı qətnamə-ŞİKAYƏT

reklam

Göyçay məhkəməsinin hakimi İbrahim Fəttahovdan biabırçı qətnamə-ŞİKAYƏT








Göyçay şəhəri Əli Kərim küçəsi döngə 2 ev 2 sakini Hüseynova Lətafət Əflatun qızı tərəfindən

ŞİKAYƏT  

Göyçay rayon Məhkəməsinin haimi İbrahim Fəttahov vəzifəsindən sui-istifadə edərək çıxardığı qanunsuz qətnamə əsasında mənim və qızımın həyatı ciddi təhlükə altındadır.

Belə ki, mən və 24 yaşlı qızımın Göyçay şəhəri Əli Kərim küçəsi döngə 2 ev 2 ünvanda yaşamağımıza bir neçə il əvvəl qətnamə çıxarılıb.Hansı ki, həmin evə 1996-cı il tarixdə gəlin gəlmişəm burada bir qızım dünyaya gəlib.Həyat yoldaşım uzun müddətdir ki, bizi atıb Rusiya Federasiyasına gedib.  Hakim İbrahim Fəttahov sonradan həmin ünvanda yerləşən 1 otaqlı evə Rəfiyev Taleh Tacir oğlunun köçürülmsəinə  dair qətnamə çıxarıb.Guya həmin evi Taleh Rəfiyev adlı şəxs alıb.Hansı ki, Taleh Rəfiyev mənim qaynanamın vəkili olub.Onlar danışıb razılaşıb bu yolla bizi bezdirib bu evdən çıxarmaq istəyirlər.Bir otaqlı evdə mənim 24 yaşı qızmın və digər yad bir kişinin yaşaması necə mümkün ola bilər ? 

Bu dünyada analoqu olmayan qanunsuzluqdur ki, hakim İbrahim Fəttahov çıxarıb.

Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevə  müraciət edib xahiş edirəm qanunsuz qətnamə çıxarmış Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun barəsində ciddi tədbirlər görəsiniz.Bu məhkəmə qətnaməsi yox namussuzluqdur ki, hakim İbrahim Fəttahov çıxarmışdır.

RegionXəbərləricom.az olaraq yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq...

RegionXəbərləricom.az


 





Paylaş:


Müəllif : Tarix:
5-12-2022, 08:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər