Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus məşhur restoran “Paşa Holdinq”in tərkibinə daxil edildi
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Günaydın” restoranı “Paşa Holdinq”in tərkibinə daxil edilib.
Xətai pr., ev 51 ünvanında yerləşən “Günaydın” restoranı 2012-ci ildən fəaliyyət göstərir. Restoran Türkiyənin eyni adlı restoronlar şəbkəsinin françayzi kimi fəaliyyət göstərib. Bu barədə məlumat Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Gilan Holdinq”in rəsmi veb-saytında da yer alıb.
Məlumat üçün bildirək ki, “Gilan Holdinq”ə Kəmaləddin Heydərovun oğlanları -Tale və Nicat Heydərovların rəhbərlik etdiyi bildirilir. Tale Heydərovun “Linkedin” sosial şəbəkə hesabında onun hal-hazırda “Gilan Holdinq”in İdarə heyətinin sədri olduğu qeyd olunub.
“Günaydın” restoranının adı artıq “Paşa Holdinq”ə məxsus rəsmi veb-sayta da əlavə edilib.
“Paşa Holdinq” ilə eyni hüquqi ünvanda – Neftçilər pr., 153-də qeydiyyatda olan “Bakı Boulevard Gunaydın” MMC-nin (VÖEN – 1405381901) qanuni təmsilçisi Zafer Zencır eyni zmanda Xətai pr., ev 51 ünvanında qeydiyyatda olan “Bakı Günaydın” MMC-nin (VÖEN – 1502077621) qanuni təmsilçisidir.
Onu da xatıraladaq ki, Xətai pr., ev 51 ünvanında Kəmaləddin Heydərovun prezidenti olduğu Azərbaycan Taekvondo Federasiyası da yerləşir.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-12-2022, 14:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər