"Bağdadın kor xəlifəsi"... - Qanunda nə yazılıb... onun üçün əhəmiyyyətli deyil!
Dövlət Gömrük Komitəsi digər sahələrlə yanaşı ölkəyə gətirilən KİV məhsullarına da ciddi problemlər yaratmaqdadır.
regionxeberlericom.az Dia.az-a istinadən xəbər verir ki, bu haqda “Qaya Mətbuat Yayımı” MMC-nin direktoru Xanhüseyn Əliyev Prezident İlham Əliyevə müraciətində qeyd edib. O, müraciətlə bağlı Reyting.az-a açıqlamasına bildirib ki, hazırkı Vergi Məcəlləsi 3 ildir qüvvədə olsa da, Gömrük Komitəsi idxal olunan KİV məhsullarına qeyri-qanuni olaraq əlavə dəyər vergisi (ƏDV) tələb edir.
Qanunverici və icra hakimiyyətləri isə DGK-nin qeyri-qanuni tələbinə biganə yanaşırlar:
“Məhkəmə hakimiyyəti büdcə öhdəliklərini bəhanə edib saxta qərar verir. Bu isə tək sahibkarlığın yox, həm də mətbuatın probleminə çevrilib. Özbaşnalıqların səbəbkarı Dövlət Gömrük Komitəsi Baş maliyyə idarəsinin rəisi Mirqasım Vahabovdur”.
X. Əliyev bildirib ki, Gömrük Komitəsinin əməkdaşları ölkə qanunlarını öz istəklərinə uyğun formada şərh edirlər. Onun sözlərinə görə, KİV məhsulları ƏDV-dən azad olsa da, Gömrük Komitəsi müvafiq qərarın ləğvini əsas tutub, qanunun (Vergi Məcəlləsinin) bu tələbinə məhəl qoymur. Yəni, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmiş qanunun tələbləri pozulur.
X. Əliyev qeyd edib ki, bu məsələ ilə bağlı qanunun deyil, qərarın üstün tutulması absurddur: “Bununla bağlı üç məhkəmə instansiyasında qərar və qərardad çıxarılıb. Həmin qərar və qərardadda göstərilir ki, “Qaya Mətbuat Yayımı” MMC-nin idxal etdiyi qəzet və jurnallara görə Gömrük Komitəsinin ƏDV tələbi qadağan edilsin. Amma məhkəmənin bu qərar və qərardadlarını Gömrük Komitəsi icra eləmir”.
“Qaya”nın rəhbəri bu qanunsuzluqlara görə Gömrük Komitəsinin Baş maliyyə idarəsinin rəisi Mirqasım Vahabovu ittiham edir.
X. Əliyevin iddiasına görə, Ali Məhkəmə məmurların təzyiqi ilə sonradan absurd qərar çıxarıb: “Vergi Məcəlləsində yazılıb ki, alqı-satqı (KİV məhsulları nəzərdə tutulu-red.) vergidən azaddır. Ali Məhkəmə isə sonradan qərar çıxarıb ki, “alqı” sözü Vergi Məcəlləsinə səhvən düşüb, bu, yalnız satqıya aiddir. Qanuna “alqı” sözü necə səhv düşə bilər? Mən üç ildir onları başa sala bilmirəm”.
X. Əliyev məsələ ilə bağlı dövlətin müvafiq qurumlarına 213 məktub yazsa da, buna əhəmiyyət verilmir.
“Qaya”nın rəhbəri Gömrük Komitəsinin özbaşınalıqlarına qarşı mübarizəyə aclıq aksiyası və piket keçirməklə davam etdirəcəklərini diqqətə çatdırıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-08-2019, 17:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-08-2019, 17:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54