Azərbaycan Rusiyadan silah alışını dayandırıb, yoxsa... - GƏLİŞMƏ
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”ın ötən sayında diqqətçəkən fikirlər səsləndirib. Politoloq Azərbaycanın silah aldığı ölkələr sırasında ilk yerlərdə qərarlaşan Rusiyadan bu il silah alınmadığını bildirib.
Sitat: “Azərbaycan bu il Rusiyadan hərbi texnika almayıb. Azərbaycan yeni və modern hərbi texnikanı Fransa və digər bu kimi ölkələrdən almaq istəyir”.
Politoloqun bu fikirləri geniş müzakirələrə səbəb olub. Rəsmi Bakının nə üçün şimal qonşumuzdan silah alışını dayandırması yönündə çoxsaylı suallar yaranıb. Eyni zamanda bundan sonra ölkəmizin ən çox silahları hansı dövlətlərdən almağa üstünlük verəcəyi də müzakirələr sırasındadır. Rusiyanın bundan qıcıqlanacağı ehtimal edilir.
Hərbi sənaye üzrə məsləhətçi Ramil Məmmədli məsələyə bu cür aydınlıq gətirdi: “Azərbaycanın hərbi-sənaye və hərbi texnikaların satın alınması sahəsində ən çox əməkdaşlıq etdiyi ölkələrdən biri Rusiyadır. 2003-cü ildə iki ölkə arasında imzalanan sənədə əsasən bu sahədə əlaqələr genişlənməyə başladı. Bu sənədə əsasən Azərbaycan Rusiyadan T-72 tankları, BTR80A və BTR82A zirehli transportyorları, Mi-17B-5, Mi-35 helikopterləri, S-300 ”Favorit" zenit raket kompleksləri və digər texnikalar satın alıb. Bundan başqa, Rusiya ilə birgə müdafiə sənayesi sahəsində layihələrin icrası həyata keçirilir. Bu il satınalmanın azalması isə münasibətlərin korlanması mənasını verə bilməz. Yəqin ki, sifarişlər ya bitib, ya da ki, Azərbaycanın sifarişləri istehsal prosesindədir. Çünki Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində münasibətlərin korlanmasına səbəb ola biləcək amil yoxdur. Həm siyasi, həm də məhsulların müasir dövrə cavab verməməsi kimi fikirləri həqiqətə uyğun hesab etmirəm. Azərbaycan nəinki Fransa, digər Qərb ölkələri ilə də bu sahədə əməkdaşlığın tərəfdarıdır. Ancaq burada tələbat və məhsulun rentabelliyi məsələsi əsasdır. Yəni əgər ordu üçün Fransa istehsalı olan hər hansı məhsulun alınması vacib deyilsə, fransızlar bunu təqdim etsələr belə satın alınması mümkün olmayacaq. Onsuz da Azərbaycanda müdafiə sənayesinin inkişafı Qərb şirkətləri ilə əməkdaşlıqdan keçir. Bu ölkələrin şirkətləri ilə birgə layihələr hərbi sənayenin inkişafına təkan verə biləcək.
Əks təqdirdə, Rusiyadan satınalmalar bu prosesi ləngidə bilər. Azərbaycan ya bu sahəni inkişaf etdirməlidir, ya da daxili istehsalı minimuma endirməlidir. Çünki bu işdə “ortaq məxrəc” anlayışı yoxdur. Əgər Rusiyanın qəzəbi Azərbaycanda bu sahənin inkişafını dayandıracaqsa, bu bizim bir dövlət olaraq inkişafımıza da mane olacaq. Əlbəttə ki, Azərbaycan ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və digər Qərb texnologiyaları ilə məhsul istehsal edən ölkələrlə birgə layihələrin keçirilməsində, satınalmaların reallaşmasında maraqlı olmalıdır. Bu, müdafiə sənayesi kompleksimizin daha çox inkişafına təkan verə biləcək. Əks təqdirdə, ordumuz üçün Rusiya və Türkiyədən həyata keçirilən satınalmalar prosesi ləngidəcək. Məsələn, adını çəkdiyim ölkələrin şirkətləri bütün növ texnikaların istehsalında ön yeri tuturlar. Azərbaycan bu ölkələrdən mümkün olduğu qədər hücum silahlarının satın alınmasının sayını artırmalıdır. Xüsusən raket-artilleriya, zirehli transportyorlar, aviasiya vasitələrinin bu ölkələrdən alınması ordumuzun gücünü daha da artıra biləcək. Əlbəttə ki, mən daha çox birgə istehsal xəttinin formalaşdırılmasının tərəfdarıyam. Bu baxımdan da satınalmaları milli müdafiə sənayesi sektorunun inkişafına maneə hesab edirəm. Düşünürəm ki, Müdafiə Sənayesi Nazirliyinin yeni rəhbərliyi bu məsələlərə diqqətlə yanaşacaq və ordunun tələbatını milli istehsal sayəsində təmin edəcək".
Paylaş:
Müəllif : Yazar
Tarix:2-08-2019, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-08-2019, 09:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54