TALIBOVUN DAHA BİR “SEPARATÇI” ƏMƏLİ ÜZƏ ÇIXDI – Ekspert sensasiyalı faktlar açıqladı
“Nəhayət ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) də Naxçıvanda işlərə başlayıb. Qurum rəsmiləri Naxçıvanda olublar, Gov.az sektorunda, kibertəhlükəsizlik və dövlət şəbəkəsi sahəsində vəziyyəti yerində öyrəniblər və görüşlər keçiriblər”.
Regionxeberlericom.az “AzPolitika.info”ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
“Dövlət Xidməti açıqlayıb ki, Naxçıvan dövlət informasiya resursları da ölkənin vahid Gov.az zonasına köçürüləcək və AzStateNet vahid dövlət şəbəkəsinə inteqrasiya olunacaq”, - o əlavə edib.
Ekspertin sözlərinə görə, ilkin olaraq Naxçıvanın 100-dən çov dövlət resursunun yalnız 11-i təhlükəsizlik auditləri üçün XRİTDX-yə təqdim edilib: “Qurum açıqlayıb ki, Naxçıvanın rəqəmsal dövlət sektorunun mərkəzə inteqrasiyası, ölkə üzrə dövlət sektorunda vahid informasiya mühitinin formalaşması üçün konkret tədbirlər planı hazırlanıb”.
O.Gündüz vurğulayır ki, XRİT Dövlət Xidmətinin qeyd olunan istiqamətdəki fəaliyyəti olduqca vacib, strateji əhəmiyyət kəsb edən, milli maraqlarımıza uyğun olan və təqdirəlayiq bir addımdır: “Mövcud qanunvericilik, Prezidentin bu istiqamətdə fərman və sərəncamları məhz bunları tələb edirdi. Əlbəttə, bütün bunlar çoxdan reallaşmalıydı”.
Ekspert xatırladır ki, indiyədək Naxçıvan Muxtar Respublikasının rəqəmsal dövlət sektoru, rəqəmsal hökumət mərkəzdən tam kənar, həm də bəsit bir vəziyyətdə olub: “Bu günə qədər Muxtar Respublikada nəinki rəqəmsal hökumətdən əsər-əlamət yoxdur, ümumiyyətlə Gov.az domenindən istifadə edilmirdi. Naxçıvanda rəqəmsal hökumət quruculuğu ilə maraqlanmışdım. Baxıram ki, heç nə dəyişməyib, əksinə daha da pisləşib. eGov, vahid portal demək olar ki, yoxdur. Gov.az istifadə edilmir, yalnız bir məhkəmə qurumu tapdım ki, gov.az domenindən istifadə etmişdi. Naxçıvanın bütün dövlət qurumları dövlət orqanlarının internet şəbəkəsindən - AzStateNet dövlət şəbəkəsindən kənardadır. Pərakəndə və bəsit formada olan dövlət resursları isə, necə deyərlər, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin "perimetrindən" kənardadır. Dövlətə məxsus informasiya sistemlərinə və rəqəmsal resurslara, internet resurslara verilən tələblər Naxçıvanda indiyədək nəzərə alınmayıb.
Nəinki eGov, 3 il öncə Prezident fərmanı olmasına baxmayaraq, heç Asan Xidmət hələ burada fəaliyyətə başlamayıb. Bir sözlə, Naxçıvanın rəqəmsal-innovativ mühiti və kiber mühit mərkəzlə müqayisədə təxminən 15-20 il geridədir”.
Osman Gündüz xatırladır ki, Naxçıvan əhalisi haqqında məlumatlar ölkənin vahid bazasına inteqrasiya olunmadığından onlar nə Bakıdakı Asan xidmətlərdən, nə də bir müddət öncə Türkiyədə təşkil olunan "Səyyar ASAN Xidmət"dən istifadə edə bilməyiblər.
“Bir sözlə, rəqəmsal durum absurd bir vəziyyətdədir. Yeri gəlmişkən, DTX əməkdaşlarının yoxlamalarından sonra Naxçıvan MR Rabitə və Yeni Texlonogiyalar Nazirliyində də xeyli yeyintinin aşkarlandığı, nazir Vüsal Sevdimalıyevin və nazirliyin tabeliyində olan İnternet Mərkəzinin əməkdaşlarının dindirildiyi bildirilir. Diqqət çəkən məqam odur ki, Muxtar Respublikada rabitə və texnologiya sektoruna aid nazirliyin adını da dəyişməyi "məsləhət görməyiblər", ekspert vurğulayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-12-2022, 09:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər