reklam
Regionxeberlericom.az » Gündəm » Dərman şirkətlərinin YENİ OYUNU - Adi qızdırma əleyhinə olan həblər niyə yoxa çıxıb?

reklam

Dərman şirkətlərinin YENİ OYUNU - Adi qızdırma əleyhinə olan həblər niyə yoxa çıxıb?


Qızdırma salan dərmanlar apteklərdən yoxa çıxıb. Məsələn, parastamol, panadol, nurafen və digər bu kimi gündəlik istifadə olunan dərmanların yoxa çıxması xeyli təəccüb doğurur. Halbuki, valideynlərin bir çoxu həkimə müraciət etmədən bu dərmanlar vasitəsi ilə uşaqlardakı qızdırmaya özləri əlac edirdilər. Soyuqdəymə, infeksion xəstəliklərin yayıldığı bir dönəmdə bu halın yaşanması əhalini əlacsız qoyub.

Regionxeberlericom.az bildirir ki, problemlə bağlı tanınmış həkim Vaqif Qarayev də Bizim.Media-ya narahatlığını ifadə edib:

“İndiki vəziyyətdə həm həkimlər, həm də valideynlər çaş-baş qalıblar. Tempanol deyilən preparat var. Qızdırma üçün apteklərdə yalnız bu dərmanı tapmaq olur. Onu da körpə uşaqlara vermək bir az risklidir. Seçim olmadığı üçün valideyn də, həkim də məcbur qalır”.

Həkim onu da əlavə etdi ki, dərmanların yoxa çıxması səbəbilə bir neçə tanış apteklə əlaqə saxlayıb:

“Hamısı səbəb kimi Rusiya-Ukrayna müharibəsini göstərir. Bu dərmanlar əsasən həmin dövlətlərdən gəlir. Amma bu səbəb olsa da bəhanəyə əsas vermir. Biz bütün ekstremal vəziyyətlərə hazır olmalıyıq”.

Ekspertlərin fikrincə bu təkcə bizdə deyil, qonşu dövlətlərdə yaşanan bir haldır. Amma, onların çoxu vəziyyətdən çıxış yolu tapıb. Əldə etdiyimiz məlumata görə adını çəkdiyimiz qızdırma salan dərmanların anoloqu üçün qonşu Gürcüstan Türkiyə şirkətləri ilə müqavilələr bağlayıb.

Bəs, biz nəyi gözləyirik?

Azad İstehlakçılar İctimai Birliyinin sədri Əyyub Hüseynov Bizim.Media-ya açıqlamasında dərman bazarında karter sövdələşmələrin olduğunu söylədi:

“Bazar bir neçə şirkətin əlindədir. Ona görə də dərman qıtlığı çox zaman süni şəkildə yaradılır. Çünki, qıtlıq bahaçılığa yol açır. Üstəlik, inhisarçılar yerli dərman istehsalını da boğurlar. Azərbaycanda dərman istehsalı üçün ideal şərait var. Hətta dövlət Pirallahıda Sənaye Parkı da yaradıb. Çox təssüf ki, dərman biznesi ilə məşğul olan bəzi məmurlar yerli istehsalda maraqlı deyillər. Ona görə də Sənaye Parkı 10 ilə yaxın müddətdə fəaliyyət göstərirsə də cəmi bir istehsalçı var. Yerli istehsal olmadığı üçün biz hər gün dərman qıtlığı və qiymət artımı ilə üzləşəcəyik”.




Paylaş:


Müəllif : Tarix:
14-12-2022, 13:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər