Fransa ermənilərinin şərlədiyi türk iş adamının xanımı Mehriban Əliyevaya üz tutdu: “Dörd uşağımın canına and olsun ki…”-VİDEO
Ötən gün fransız firması olan “THALES INTERNATIONAL” şirkətinin Azərbaycanda olan nümayəndəliyinin müdiri olan türk iş adamı Mehmet Şahan Mehmetali oğlunun növbəti məhkəmə prosesi baş tutub.
Yenicag.az xəbər verir ki, bu ilin fevral ayında həbs olunan türk iş adamı Mehmet Şahan “Thales İnternational Western Counties B.V” şirkətinin büdcəsindən təxminən 8 milyon manat pul vəsaitini talamaqda təqsirləndirilir.
Mehmet Şahan Fransanın “Thales İnternational Western Counties B.V” şirkətinin 2014-cü ildən 2020-ci ilə qədər Azərbaycandakı nümayəndəliyin direktoru olub. “Thales İnternational Western Counties B.V” şirkəti iddia edir ki, 2014-cü ildən 2020-ci ilə qədər ayırdığı bütün vəsaiti Mehmet Şahan mənimsəyib. Lakin yeddi il ərzində “Thales İnternational Western Counties B.V” şirkəti tərəfindən nümayəndəlik yoxlanmadığı iddia edilib. Ancaq məhkəmə prosesində sözgüdən şirkətin başqa işçiləri baş ofisdən dəfələrlə filiala kimlərinsə gəldiyini bildiriblər.
Vəkil Rübayil Səfərov də məhkəmədə bildirmişdi ki, burada oyun Azərbaycan dövlətinin əli ilə türk vətəndaşını “vurmaqdan” ibarətdir: “Mehmet Şahan Azərbaycan-Fransa münasibətlərinin yaxşılaşdırılması üçün çox çalışıb. “Thales İnternational Western Counties B.V” şirkətinin REHBERİ Fransa Prezidenti Makronla yaxın dostdur. Şirkətin yeni rəhbərliyinin erməni lobbisi ilə yaxın əlaqədə olduğu, Ermənidtanın sabiq prezidenti Armen Sarkisyanla isti münasibətləri şirkətin Azərbaycan siyasətinə mənfi təsir göstərib. Mehmet Şahanın həbsi Fransa tərəfinin apardığı düşmənçilik siyasətinin tərkib hissəsidir.
Son məhkəmə prosesində iştirak edən Mehmet Şahanın həyat yoldaşı Tülay Şahan Yenicag.az-a açıqlamasında ölkə başçısı İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın bu məsələni diqqətdə saxlamasını xahiş edib. O, qeyd edib ki, Azərbaycan məhkəməsinin ədalətli qərar verəcəyinə inanır:
“Mənim yoldaşım Azərbaycanda çox işlər görüb. Hətta 2016-cı ildə Fransız səfirliyi tərəfindən göstərdiyi xidmətə görə mükafatlandırılıb. 2018-ci ildə Fransa prezidenti dəyişəndən sonra Makronun dövründə Fransa şirkəti ermənilərin əlinə keçdi. Bundan sonra şirkətdə olan erməni lobbisi və şirkətin Azərbaycandakı ortağının əli ilə həyat yoldaşıma tələ qurdular. Həyat yoldaşımın türk olması ona qarşı tələ qurulmasının başlıca səbəbidir. Həyat yoldaşım günahsız yerə həbs olunub. Mənim dörd övladım var. Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevadan xahiş edirəm ki, həyat yoldaşıma və övladlarıma qarşı göstərilən haqsızlığa son verilsin, ədalət bərqərar olsun. Mən xüsusilə üzümü Mehriban xanıma tuturam. O bir qadın olaraq mənim dörd azyaşlı uşaqla nə yaşadığımı daha yaxşı təsəvvür edər. Özü kimi bir türk qadınının gözüyaşlı məhkəmə qapılarında ədalət axtarmasına razı olmayacağına inanıram”.
Sözügedən video açıqlamanı təqdim edirik:
Paylaş:
Müəllif : Fuad
Tarix:15-12-2022, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər