reklam
Regionxeberlericom.az » Gündəm » Şəkidə məskunlaşmış məcburi köçkünlər Prezidentdəön və digər qrumlardan kömək istəyir-MÜRACİƏT

reklam

Şəkidə məskunlaşmış məcburi köçkünlər Prezidentdəön və digər qrumlardan kömək istəyir-MÜRACİƏT


















Şəki rayonu Çeşməli kəndi ərazisi, Əhmədbəyli meşə yaşayış massivində məskunlaşan Laçın və Kəlbəcər rayonundan olan məcburi köçkünlər  mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri  Muxtar Babayevə, Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Abbaszadəyə müraciət ünvanlayırlar. 

RegionXəbərləricom.az həmin müraciəti olduğu kimi dərc edir

“Bildiririk ki, 1993-1994-cü illərdən Laçın və Kəlbəcər rayonundan olan məcburi köçkünlər doqquz ailə olaraq Şəki rayonunun Əhmədbəyli meşə yaşayış massivində məskunlaşmışıq. Həmin ərazidə öz maddi vəziyyətimiz üçün təsərrüfatla məşğul oluruq. Dəfələrlə Şəki Meşə İdarəsinin müdriyyəti tərəfindən bizim həmin ərazidən çıxmağımız üçün təzyiqlər edilsə də, biz həmin ərazidə qalaraq təsərrüfatımızı davam etdirmək üçün lazımi orqanlara müraciətlər etmişik. Etdiyimiz müraciətlərə əsasən bizə edilmiş köməkliklər sayəsində hazırda da həmin ərazidə yaşayırıq və öz maddi vəziyyətimizi yaxşılaşdırmaq üçün təsərrüfatımızla məşğul oluruq. Meşəyə heç bir ziyanlıq vurmamışıq. Hətta dəfələrlə aparılmış yoxlamalar da bunu sübut edir və bu günə qədər meşədə heç bir neqativ hal aşkar edilməmişdir. Həmçinin bəzi adamlara rüşvət təklif etmək yolu ilə, Əhmədbəyli meşəsi barədə yalan, həqiqətə uyğun olmayan şikayətlər yazdırmışlar.

Qırx dörd günlük Vətən müharibəsində qazanılmış qələbədən sonra Şəki Meşə İdarəsinin müdiri Əkrəm müəllim, Meşə İdarəsinin Baş Kəldək kəndi üzrə sahə müdiri Vidadi müəllim, 7 saylı Şəki Regional Təbii Sərvətlər İdarəsinin rəhbəri Namiq müəllim və başqaları mütəmadi olaraq Əhmədbəyli meşəsinə gəlir, “burada olan 1970-ci ildə tikilmiş fermanı almışıq, siz burdan çıxın” deyərək bizi narahat edirlər. 31 oktyabr 2022-ci il tarixində yenidən yuxanda adları qeyd edilən təşkilatlardan nümayəndələr gələrək, bizə Azərbaycan Respublikasının Təbii Sərvətlər Naziri Muxtar Babayevin göstərişi ilə fermanın həyətinə ağac əkilməli olduğu bildirilmişdir. Biz isə inanmırıq ki, Nazir belə göstəriş verməklə bizləri öz dolanışığımızdan edər. İnanırıq ki, bu Şəkidəki məmurlara Nazir müavini Vüqar müəllimin göstərişidir.

Biz isə yenə də Namiq müəllimə, Əkrəm müəllimə, Elşad müəllimə müraciət edərək “Dövlət başçımız, Prezident İlham Əliyevin tapşırığı ilə öz torpaqlarımıza qayıdıncaya qədər hazırda yaşadığımız həmin ərazidə öz təsərrüfatımızla məşğul olmağımızı xahiş etmişik. Onların bəziləri bizə bildirir ki, “mal-qaranızı satın, qayıdış olan vaxt Prezident sizi mal-qara ilə təmin edəcəkdir”. Həmin şəxslər bu sözləri ilə bizi ələ salırlar.

Adları çəkilən şəxslər Şəki rayonunda ən imkanlı adamlardır. Onların meşə ərzisində, rayon ətrafında onlarla obyekt və texnikarı var. Onlar vəzifəli şəxslərlə əlbir olaraq Elxan adlı imkansız şəxsin adına sənəd düzəldiblər ki, 45-50 hektarlıq fındıq sahəsi salsınlar. Onların maddi maraqları ağac əkmək deyil, hər hektarına dövlətdən 5000 (beş min) manat subsidiya almaqdır. Əgər bunların fikri ağac əkmək olsaydı, Göynükdə və digər yerlərdə keçən il üçün 10 (on) hektar əkdikləri ağaclar məhv olmazdı. Buradan aydın olur ki, əsl məqsədləri qazanc əldə etmək və dövlətin büdcəsinə zərər vurmaqdır. Şəxsən Elşad Alxasov özü onlarla şəxsi texnikaları fermanın ətrafına töküb, səngər qazıb. Bu şəxslər öz vəzifələrindən sui-istifadə edərək biz məcburi köçkünləri incidir ki, dövlətə qarşı səs-küy qaldıraq. Bu da bilinsin ki, biz heç vaxt dövlətə və hörmətli cənab Prezidentimizə qarşı çıxmarıq. Meşə idarəsinin işçiləri bizə bildirirlər ki, yaşadığımız evin həyətində ağac əkdirən Prezident səviyyəsində adamdır, əgər kim olduğunu bilsəniz qorxudan səsinizi də çıxarmayacaqsınız. Biz cənab Prezidentimizdən başqa bu səviyyədə olan ikinci bir adam tanımırıq. 

Qeyd edək ki, bizim yaşadığımız ərazidə ağac əkmək üçün su yoxdur. Özləri meşənin içərisində su tutan yerlərin 100 hektarlarla sahəyə yonca və arpa əkiblər. Bəs onda həmin ağacları niyə su olan əraziyə deyil, bizim yaşadığımız fermanın daxilinə əkirlər? Burada hansı maddi maraqları var? Meşə, təbiətdəki qırqovul, balıq, donuz, dağ keçisi- hamısı bunlarındır. Biz isə öz təsərrüfatımızla dolandığımız halda, bizə maneçilik törədirlər. Hərəmizin 1 hektar torpaq sahəsi var ki, orada buğda, arpa əkməklə ailəmizin ehtiyaclarını təmin edirik və artıq həmin bitkilər göyərib, indi isə bunlar gəlib həmin yerə ağac əkirlər.

Azərbaycan Respublikasının Təbii Sərvətlər Nazirinin müavini Vüqar müəllim Şəki rayonunun Kiş kəndindəndir. Nazir müavini güc tətbiq edərək Şəkidəki kollegiyalarına göstəriş verir ki, Əhmədbəyli meşəsində yaşayan məcburi köçkünləri məhv etsinlər. Məqsəd biz köç etməmiş fermanı ələ keçirməkdir.

Bu azğınlaşmış məmurların özbaşınalıqlarının qarşısının alınmasını, biz qaçqın və köçkünlərin həmin ərazidə qalaraq, işğaldan azad olunmuş torpaqlarımıza qayıdana qədər təsərrüfatımızla məşğul olmağa davam etməyə köməklik etməyinizi Sizdən xahiş edirik.

İmza; Məcburi köçkünlər 

Rəhimov Elman Kərəm oğlu                                                 

MirməmmədovAlmədət Baloğlan oğlu                                                             

AliyevCavid Nizami oğlu                                                                                 

AlıyevaElza Səfiyar qızı                                                                                         

Məmmədov Cahangir Həsənxan oğlu-Şəhid qardaşı 

Alıyeva Həcər Nizami qızı 

Rəhimova Əfruz Kərəm qızı 

Məmmədova Fərqanə Şöhlət qızı 

RegionXəbərləricom.az 





Paylaş:


Müəllif : Tarix:
15-12-2022, 18:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər