DTX Naxçıvan MR xəstəxanasında əməliyyatlara başlayıb: Saxlanılanlar var - İLGİNC

DTX Naxçıvan MR xəstəxanasını araşdırmağa başlayıb.
Ovqat.com-un xəstəxanadan aldığı məlumata görə, "üzündən zəhrimar yağan" baş həkim Zəbur Bağırov, qəbul şöbəsinin müdiri Ramidə Bağırova və baş həkimin müalicə işləri üzrə müavini Ramazan Abbasov DTX-nın Naxçıvan Baş İdarəsinə aparılıb.

Saxlanılanların ciddi maliyyə oğurluğunda ittiham edildiyi vurğulanır.
“Xüsusilə Zəbur həkimin vəziyyəti ürəkaçan deyil”, - mənbəmiz bildirib.
Qeyd edək ki, baş həkimin müavini Ramazan Abbasov yayda keçirilən attestasiya imtahanlarından 60 keçid balından cəmi 11 bal toplayaraq mənfi rekord qırmışdı. Həmin imtahanda Ramazan həkimlə yanaşı Baş Həkimin İcbari Tibbi Siğorta və Ekspertiza üzrə müavini Türkan İsmayılova və bu gün saxlanıldığı bildirilən Xəstəxananın Həmkarlar İttifaqının sədri və Qəbul şöbəsinin müdiri Ramidə Bağırova da yetərli bal toplaya bilməyib ələnmişdilər.
Bu həkimlərin diplomlarının da saxta olduğuna dair şayiələr var.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-12-2022, 13:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB