Goranboyun başçısı içkili halda uşaq vurulmasını tibbi ekspertizadan necə yayındırdı? – DETALLAR
Goranboyun icra başçısı Məhərrəm Quliyevin köməkçisi Ülvi Əliyevin içkili vəziyyətdə qəza törətməsi və piyadanı vurması faktı ilə bağlı yeni – yeni detallar üzə çıxmaqdadır. Hadisəni ört-basdır etməyə çalışan icra başçısı zərər çəkən ailəni susdurmağa və şikayət etməməsinə nail olub. Reportyor.info-nun Daxili İşlər Nazirliyinə ünvanladığı sorğuda xəsarət alan şəxsin tibbi ekspertizadan keçib-keçməməsini aydınlaşdırmaq istəyərkən, nazirlikdən verilən cavabda bildirilib ki, ailəsi uşağın tibbi ekspertizadan keçməsindən imtina edib. Bunu saytımıza
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov sorğumuza cavabda qeyd edib.
Qanun da buna icazə verdiyi üçün polis əlavə addım ata bilməyib. Bildirək ki, hadisə zamanı azyaşlı uşaq xəsarət alıb. Ü.Əliyevin vurduğu piyada uşaq olub və ayaqlarından ciddi zədə aldığı üçün əməliyyat edilib. Lakin əməliyyat xərclərini üzərinə götürən, ailəni razı salan icra başçısı M. Quliyev işin tibbi ekspertizadan keçirilməsinə əngəl olub. Bildirilir ki, piyada vurulması faktı varsa dərhal tibbi ekspertiza təyin olunmalı idi. Ancaq ailə şikayətçi olmadığı üçün tibbi ekspertizadan keçirməyiblər. DİN də bunu açıqlamasında təsdiqləyir. Əslində qəza törədən şəxs sürücülükdən məhrum edilməli, barəsində cinayət işi açılıb araşdırma aparılmalı, zərər çəkən uşaq tibbi ekspertizadan keçirilməli, nəhayət işə məhkəmə baxmalı idi. Amma icra başçısının “fövqəlgücü” sayəsində məsələni bağlaya biliblər. Nəticədə icra başçısı sərxoş halda qəza törədən köməkçisini xilas edib. Amma məsələnin mediada yayılması, Goranboyda əhali arasında müzakirələrə səbəb olması hadisənin araşdırılmasını hələ də açıq saxlamaqdadır. İcra başçısı isə bu işin mediada yayılmasından möhkəm narahat olub və hətta qəzəblənib ki, niyə üzə çıxıb. Ortada isə törədilən bir cinayət var…
Göründüyü kimi, sadə insanlarla məmurların “fərqi” var. Onlar “seçilmiş” bəndələrdir, hətta içkili vəziyyətdə uşağı da vursalar, hansısa formada işi ört-basdır etmək “qüdrətinə” malikdirlər.
Xatırladaq ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov da faktı təsdiqləyib. Onun sözlərinə görə, noyabrın 27-də Goranboy rayon Polis Şöbəsinə Qaradağlı kəndinin 15 yaşlı sakininin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olub.
“Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal həmin şəxsi ziyarət ediblər, o və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-12-2022, 09:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər