Vasif Talıbovu Naxçıvana buraxmırlar - İDDİA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun personası ətrafında yaranmış ajiotaj davam edir.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) muxtar respublikada ard-arda keçirdiyi əməliyyatlardan sonra Talıbovun “çırağının” söndüyünə dair ehtimallar gündəmə gəldi. Naxçıvan “xan”ının təcili Bakıya çağırılması və uzunmüddətli məzuniyyətə göndərilməsindən sonra bu ehtimallar daha da qüvvətləndi.
Yenisabah.az bildirir ki, təxminən 30 ildən sonra hüquq-mühafizə orqanlarının Naxçıvanda əməliyyat keçirməsi cəmiyyəti silkələdi. Toxunulmazlığı ilə ad çıxaran Ali Məclis sədrinin ən yaxın adamlarının bir-birinin ardınca məhbəsə göndərilməsi çoxsaylı suallar doğurdu. Hələ də bir çox analitik Naxçıvan hadisələrinin pərdəarxasını çözməyə, hadisələrin bundan sonrakı inkişafına dair proqnoz verməyə çətinlik çəkir.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, yaxın günlərdə Naxçıvanda həbslərin növbəti dalğası başlayacaq. Mənbə deyib ki, hüquq-mühafizə orqanlarının peşəkar əməkdaşlarından təşkil olunmuş və bir müddət əvvəl Naxçıvana ezam edilmiş xüsusi qrup növbəti həbslər üçün zəmin hazırlayıb. Onların qısa müddət ərzində kifayət qədər sanballı dəlillər topladığı bildirilir.
Məlumatlı şəxsin sözlərinə görə, Vasif Talıbovun Naxçıvana qayıtmaması bu prosesi bir qədər də sürətləndirib. Müsahibimiz Ali Məclis sədrinin Naxçıvana buraxılmadığını deyib. Onun fikrincə, bunda əsas məqsəd hüquq-mühafizə orqanlarının əməkdaşlarının muxtar respublikada daha sərbəst fəaliyyət göstərməsini təmin etməkdir. Vasif Talıbovun “kölgəsini” üzərlərində hiss etməyən sıravi naxçıvanlıların muxtar respublikada baş verən qanunsuzluqları daha tez dilə gətirdiyi, hüquq-mühafizə orqanlarının yeni sübutlarla təmin etdikləri bildirilir.
Qeyd edək ki, bu günlərdə Naxçıvan Dövlət Sosial Müdafiə Fondunun bir qrup keçmiş və hazırkı əməkdaşı bu qurumda baş verənlərlə bağlı ictimaiyyətə və DTX-ya müraciət edib. Şikayətçilər hazırda Naxçıvanda yoxlama aparan DTX əməkdaşlarından bu qurumun fəaliyyətini də araşdırmağı xahiş ediblər.
Hadisələrin inkişafı Naxçıvanda həbs dalğasının genişlənəcəyinə, bu prosesin digər yüksək rütbəli məmurları da əhatə edəcəyinə şübhə yeri qoymur.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-12-2022, 10:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər