reklam
Regionxeberlericom.az » Gündəm » Qəbələdə DƏHŞƏT: Kişinin ayağını kəsdilər - Qatil kimdir? + Şok video

reklam

Qəbələdə DƏHŞƏT: Kişinin ayağını kəsdilər - Qatil kimdir? + Şok video















Ötən il Qəbələdə baş verən müəmmalı ölüm hadisəsinin təfərruatları bəlli olub. "Space" TV-də yayımlanan "Gəl, danış" verilişində çıxış edən mərhum Bəxtiyarın yoldaşı Samirə xanım bütün sirləri canlı yayımda tək-tək açıqlayıb. 

Belə ki, ötən il səhər saatlarında həyətə düşən Samirə xanım yoldaşını maşında topuq nahiyəsindən yaralı formada aşkar edib. Xəsəxanaya çatıdırlan Bəxtiyar dünyasını dəyişib. Daha sonra araşdırma ilə hadisənin avto qəza olduğu qeyd edilib. Ailəsi isə canlı yayımda bu olayın qəza olmadığını açıqlayıb: 

"Həmin gecə yoldaşım içkili olub. Evə gələrkən qonşumuz Ramil onun maşınını idarə edir və həyətə gətirir. Daha sonra evinə qayıdır. Nə baş veribsə axşam olub. Mən yatmışdım. Səhər baş verənləri gördüm. Şübhələndiyim şəxs qonşum Vidadi və qızlarıdır". 

Amil Xəlil adı çəkilən qonşu Ramili də studiyaya dəvət edib. Ramil isə olayla bağlı şok məlumatlar verib:

"Gecə onun ayağında heç bir zərbə yox idi. Hətta avtomobili bir neçə metr özü sürdü. Daha sonra mən ondan maşını alıb idarə elədim. Evə gətirdim. Yolda məndən qonşu Vidadının qızını soruşdu. Dedim kəndədirlər. Evə çatanda o məni yola saldı. Bəxtiyarın ayağında heç bir zərbə yox idi. Niyə avtoqəza yazılıb anlamıram. Mən də əminəm ki, onu öldürüblər". 

Hadisə zamanı həyətdə olan dəhrə də yoxa çıxıb. Araşdırma zamanı bəlli olub ki, 46 yaşlı Bəxtiyar qonşu Vidadinin qızını əvvələr sevirmiş. Hətta canlı yayıma bağlanan Vidadi də bunu təsdiq edir. "Qızımla əvvəllər dostluq edib. Amma niyə mən onu öldürüm ki? Heç bir qohumluq bağımız yoxdur. Mən də deyirəm ki, avto qəza deyil. Amma bu işdə mənim əlim yoxdur. O içirdi və nə gəldi danışırdı. Söhbətlər bezdirdi bizi. Amma biz bu addımı atmamışıq. Bəxtiyar mənim qohumum deyil, kəndçimdir". - deyə Vidadi bildirib

Vidadi bəyin xanımı Gültəkin də Amil Xəlilin suallarını cavablandırıb. Ərindən fərqli olaraq rəhmətliyin ən yaxın qohumları olduğunu bildirib. "Mənim yaxın qohumumdur. Mən göz yummazdım ki, ona nəsə olsun"

Anonim gələn mesajlardan sonra canlı yayımda ara qarışıb. "Bəxtiyar nə gəzirdi camaatın həyətində ki, ayağını da kəssinlər. Ona xəbərdarlıq edilmişdi". 

Bu açıqlamadan sona məktub söhbətinin üstü açılıb. Bəlli olub ki, Vidadı ölümdən bir neçə ay əvvəl Bəxtiyara hədə məktubu yazıb və avtomobilinin üzərinə qoyub. Məktubda təhqirlər birbaşa mərhumun arvadına yönəlib. Hətta avtomobilin təkərləri də partladılıb. Ekspertiza ilə məktubun Vidadi tərəfindən yazıldığıda sübuta yetirilib. 

Bir qədər sonra Vidadinin qızının əri Mübarizlə bağlı da şok təfərrüatlar bəlli olub. Belə ki, olay baş verən gün Mübarizin kənddən gecə saatlarında taksiylə Bakıya doğru hərəkət etdiyini görənlər olub. Mübariz də efirə qoşulub. O da fərqli suallara fərqli cavablar verib. Gah kənddə olduğunu, gah da olmadığını qeyd edib.

Amil Xəlilin əldə etdiyi məlumatdan sonra o suala cavab verməyib "Sizi niyə ekspertizaya göndəriblər? Hətta ağızınızdan belə test götürüblər. Əgər kənddə olmamısınızsa niyə bu testlər edilib?" sualına Mübariz "Məndən niyə soruşursan Qəbələ polisindən soruş" cavabını verib

Verilişdə çıxış edən vəkillər də bu olayın avtoqəza olmadığını, açılan 263.2 maddəsinin yenilənməsinin vacibliyi vurğulayıblar.

Xatırladaq ki, 263.2 maddəsi avto qəzadır və vuran şəxsin ortada olduğunu göstərir. Bəs vuran şəxs kimdir? bu sual ailəni hələ də düşündürür.

Ailə canlı yayımda Baş Prokror Kamran Əliyevdən kömək istəyib.

Həmin anları təqdim edirik: 




Paylaş:


Müəllif : Tarix:
17-12-2022, 15:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər