reklam
Regionxeberlericom.az » Gündəm » Yeni SAVAŞ ASTANASINDA... - NƏ BAŞ VERİR?

reklam

Yeni SAVAŞ ASTANASINDA... - NƏ BAŞ VERİR?

Avropa İttifaqının xüsusi missiyası Azərbaycan-Ermənistan sərhəddinə monitorinqlər keçirməyə gəldiyi zaman bu müəyyən narazılıq və narahatlığa səbəb olmuşdu. Çünki dəvətsiz “müsafirlər”-in nə iş görəcəyi, əslində hansı məqsədlə gəldiyini bilmirdik. Onları Ermənistan dəvət etmişdi. Əvvəlcə 40 nəfər olaraq müəyyən olunan dəstənin sonradan 400 nəfərə qədər artması barədə məlumatlar da var idi. Bu günlərdə onların monitorinq müddəti bitir.

Görünən odur ki, nümayəndələr “əlləri ətəklərindən uzun” vəziyyətdə geri qayıdırlar.

Çünki Azərbaycan tərəfi bu müddət ərzində bir dəfə də olsun qaydaları pozan hər hansı bir hərəkətə yol vermədi.

Əksinə 10 noyabr bəyannaməsinin şərtləri ermənilər tərəfindən hələ də həyata keçirilməmiş olaraq qalır. Aİ nümayəndələri niyə gəlmişdi, niyə gedir? Ən maraqlısı özləri ilə “nəsə” apara bilirlərmi? “Avropa İttifaqının sərhəddə olan nümayəndələrinin heç bir təsiri olmadı. Yəni heç bir məsələdə onların mövcudluğu hiss olunmadı”. Bu barədə Bizimyol.info xəbər portalına “Ağ partiyanın” sədr müavini, politoloq Əhəd Məmmədli danışıb.

“Necə gəldilərsə, eləcə də getdilər. Heç kəsin də xəbəri olmadı. Görünür ki, Ermənistan tərəfi onlardan daha böyük nəsə gözləyirdi, ala bilmədi və yaxud Moskvanın təsirləri oldu. Çünki Paşinyanın bu dönəmdə Moskvaya səfərləri oldu. Yenə Paşinyan Amerikanın təklifindən imtina edib Rusiyanın təklfini qəbul etdi. Bu məsələdə yenə Rusiyanı irəli verdi. Ola bilsin ki, Moskvanın İrəvan qarşısında həm də tələbi o idi ki, Avropa Birliyinin nümayəndələri sərhəddən çıxsınlar. Çünki Rusiya bu məsələlərə həssaslıqla yanaşır. Ermənistanda Rusiya ancaq özü mövcud olmaq istəyir”,- deyən politoloq hesab edir ki, Rusiyanın təsiri və təzyiqi altında Aİ nümayəndələri regionu tərk edir.

Ə. Məmmədlinin başqa bir ehtimalına görə, son dönəmlər Qərbin də baxışları Paşinyan iqtidarı ilə üst-üstə düşmür. Paşinyan iqtidarı hər zamankı kimi Moskvaya yönəlib. “Aİ nümayəndələri özləri də etiraz əlaməti olaraq, İrəvana təsir edə bilmək üçün sərhəd zonasını tərk etmiş ola bilərlər. Başqa bir ehtimalla isə ola bilər ki, gələn ilin yanvarında sərhəddə növbəti gərginlik olsun. Avropalılar öz həyatlarını çox sevirlər. Onlar həm də təhlükəszilik məsələlərini nəzərə alıblar. Bu baxımdan onlar sərhəddə qalmağa daha lüzum görmədilər”,- deyə politoloq vurğulayıb.




Paylaş:


Müəllif : Tarix:
19-12-2022, 09:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər