reklam
Regionxeberlericom.az » Gündəm » AZAL-ın od tutub yanan “büdcə” tarifi

reklam

AZAL-ın od tutub yanan “büdcə” tarifi














AZAL-ın qiymətləri ilə bağlı cəmiyyətin etirazı heç bir nəticə vermir. Şirkət rəhbərliyi ictimaiyyətin fikri ilə hesablaşmaq fikrində deyil. Sanki sərhədlərin bağlanması da bu məqsədə xidmət edir. Vəziyyət belə davam etdikcə AZAL qiymətləri bir az da artırır. İndi şirkət dünyada qısa məsafələrə ən bahalı biletləri satmaqla fərqlənir.

Bizimyol.info xəbər verir ki, “Buta Airways”in əsası qoyulanda guya məqsədin ucuz reyslərə şərait yaratmaq, nisbətən imkansız sərnişinlərə ölkə xaricinə səfər fürsəti tanımaq olduğu bildirilirdi.

Amma AZAL-ın struktur bölməsi kimi yaradılan “aşağıbüdcəli şirkət” heç də büdcəsi məhdud olan şəxslərə xitab etmir. Əksinə, qiymətlərin yalnız artması müşahidə olunur.

Hələ də anlamaq olmur ki, niyə Azərbaycan vətəndaşları qonşu Gürcüstana belə baha səfər etməlidir? Hətta loukoster reysinə bilet belə, əlçatmaz görünür. Təsəvvür edin, dekabrın 28-də Tbilisiyə uçmaq istəyən azərbaycanlı “büdcə” tarifi çərçivəsində 521 manat 31 qəpiyindən keçməlidir. Özü də bura baqaj daxil deyil. 23 kiloqramlıq yük üçün 54 manatdan çox xərcləmək lazımdır. Yəni baqaj özü loukosterin normal şərtlərdə təklif etməli olduğu bir biletin qiymətinə satılır. Qərb dövlətlərində insanlar bu baqaj qiymətindən də ucuz ölkələrarası təyyarə səfərlərini əldə edə bilirlər.

Əlbəttə, AZAL bayram ərəfəsində qiymətlərin bir az yüksəlməsinin normal olduğunu iddia edə bilər. İş orasındadır ki, hətta aşağıbüdcəli reyslər üçün maksimal həddin yüksəldiyi nəzərə çarpır. Tbilisiyə heç vaxt bu qiymətə bilet satılmayıb. Adətən, maksimal hədd 105 avronu keçmirdi.

Ümumiyyətlə, Gürcüstan paytaxtına bahalı biletlərin satılması sosial media istifadəçilərini çox qəzəbləndirir. Sərhədlər bağlı olmasa, Azərbaycan vətəndaşları səfəri avtobusla 15-16 manata həyata keçirə bilər. Üstəlik, qapalı rejim olmayanda təyyarə biletləri də çox ucuz idi. AZAL fürsətdən maksimum istifadə etməyə çalışır.

Məsələ heç bayramda da deyil. Sosial media istifadəçiləri dekabrın əvvəlində Tbilisiyə 209 manata bilet əldə etdiklərini yazırlar. Bir saatlıq uçuş üçün həddindən artıq bahadır.

İstanbul reysindən heç danışmağa dəyməz. Yenə maksimal həddin xeyli yüksəlməsi görünür. Ən məşhur, heç də uzaq olmayan istiqamətə baqajla bileti 814 manata necə təklif etmək olar? Adətən, belə qiymətlər bayrama bir neçə gün qalanda, biletlər tükənməyə başlayanda müşahidə olunur. AZAL isə xeyli əvvəldən məramını ortaya qoyub. Xüsusi günlərdə çox baha biletlər təklif olunur.

Hətta əlamətdar olmayan günlər üçün satışda gözə dəyən variantlar da əlverişli deyil. Kəsəsi, məqsəd sərnişinlərdən mümkün qədər çox pul qoparmaqdır. Onsuz da alternativ variantlar yoxdur. Vacib səfəri olanları rahatca soymaq olar.




Paylaş:


Müəllif : Tarix:
20-12-2022, 10:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər