reklam
Regionxeberlericom.az » Gündəm » Vahid Ələkbərov bir gündə 553 milyon dollar itirdi

reklam

Vahid Ələkbərov bir gündə 553 milyon dollar itirdi

















Rusiyada yaşayan Azərbaycan əsilli iş adamı Vahid Ələkəbərov son bir gün ərzində 553 milyon dollar itirib.

Bu barədə məlumatı məşhur “Bloomberg” şirkəti yayımlayıb.

“Bloomberg”in məlumatına görə Vahid Ələkbərovun ümumi sərvəti dünən 15,9 milyard dollar olduğu halda bu gün 15,3 milyard dollara düşüb.

Son bir gündə ən çox itirən isə Hindistanlı milyarder Qautana Adani olub. Energetika sektorunda fəaliyyət göstərən “Adani Group” şirkətinin sahibi bir gündə 5,5 milyard dollar itirib.

Son bir gündə sərvəti ən çox azalan 10 milyarderin 5-i Rusiya vətəndaşı, 3-ü isə Hindistan vətəndaşı olub.

“Bloomberg”in bugünə olan məlumatına görə hazırda ən zəngin insanların siyahısına LVMH şirkətlər qrupunun prezidenti Bernard Arnault başçılıq edir. Arnaultun ümumi sərvətinin 163 milyard dollar olduğu bildirilir. Fransız iş adamı son bir gündə sərvətini 2 milyard dollar artırıb.

Bir gündə 217 milyon dollar qazanan İlon Maskın isə 148 milyard dollar sərvəti var və zəngin adamların siyahısnda 2-ci sırada qərarlaşıb.

Dünyanın ən varlı 500 şəxsinin arasında 1 nəfər Gürcüstan, 1 nəfər Qazaxıstan vətəndaşı da var. Gürcüstandan olan Bidzina İvanaşvilinin 5,6 milyard, Qazaxıstandan olan Vladimir Kimin isə 5,7 miltyard dollar sərvəti var.

“Bloomberg”in “Dünyanın ən zəngin 500 şəxsi” siyahısına Türkiyədən heç kim daxil ola bilməyib.




Paylaş:


Müəllif : Tarix:
22-12-2022, 12:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər