Zibilxanada 100 minlik təmir – Lerikdə bir aydır yaranan şirkətlə şübhəli müqavilə
Lerik Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) məişət tullantıları üçün poliqonda əsaslı təmir işlərinin satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.
Qaynarinfo xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “Luxoil Company” MMC olub.
Lerik rayon MKTİB görüləcək işlərlə bağlı “Luxoil Company” MMC-yə 103 826.96 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Luxoil Company” MMC 16 aprel 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi, Bakı-Qazax şossesinin sol kənarında yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımov Hidayət İdris oğludur.
Açıq mənbələrdə nə “Luxoil Company” MMC, nə də Hidayət Qasımov barədə məlumat var. Şirkətin yeni yaranması, barəsində heç bir məlumatın olmaması, qanuni təmsilçisinin sahibkar kimi tanınmaması “Luxoil Company” MMC-nin tender əməliyyatlarına istifadə edilməsi üçün təsis edildiyi barədə şübhələrə yol açır.
Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər Ərazi Nümayəndəliyi isə 1 ayın şirkəti ilə satınalma müqaviləsi imzalayıb. “Pearl Light Supplier” MMC ilə bağlanan müqavilənin maliyyə dəyəri 32 982.87 AZN təşkil edir. Müqavilədə kommunal yaşayış binalarının əsaslı təmiri nəzərdə tutulur.
“Pearl Light Supplier” MMC 24 noyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnaə kapitalı 2 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Polad Həşimov küçəsi, ev 94/B, döngə 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Yusibova Lütviyyə Şöyüb qızıdır.
“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olması lazımdır. “Pearl Light Supplier” MMC isə bir ayın şirkətidir və bu şərtlərə cavab verəcəyi inandırıcı görünmür.
Lerik rayonunun icra başçısı Əkbər Abbasovdur. O, 25 iyul 2022-ci il tarixdən bu vəzifədədir.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-12-2022, 20:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər