reklam
Regionxeberlericom.az » Gündəm » "Yataqların mənimsənilməsi nəticəsində Azərbaycana dəyən ziyan yüz milyon dollarla ifadə olunur" - MİLLƏT VƏKİLİ

reklam

"Yataqların mənimsənilməsi nəticəsində Azərbaycana dəyən ziyan yüz milyon dollarla ifadə olunur" - MİLLƏT VƏKİLİ


















"Ehtiyatları 17,5 ton həcmində qiymətləndirilən "Qızılbulaq" mis-qızıl yatağının işlənməsi ilə bağlı qərarı yalnız Azərbaycan dövləti ölkə qanunvericiliyi çərçivəsində həyata keçirə bilər"

"Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin, ekofəalların və könüllülərin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası 16-cı gününə daxil oldu. Ötən müddətdə bir sıra aparıcı xarici mətbu orqanlar təəssüf ki, yenə də qərəzli mövqe nümayiş etdirərək Azərbaycanı əsassız ittiham etdilər. Bu saxta ittihamlar zamanı hətta adı Brüsseldəki korrupsiya araşdırmalarında hallanan şəxslərə belə, istinad etməkdən çəkiməyən xarici mətbu orqanları da az olmadı". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın ekofəallarının və könüllülərinin məqsədi humanitar yüklərinin hərəkətinə maneə olmaq deyil, ekoloji məsələlərə diqqəti yönəltəməkdir: "Son video görüntülər də göstərir ki, humanitar yük daşıyan avtomobillər Laçın yolunda maneəsiz hərəkət edə bilirlər. Əslində, ətraf mühitin qorunması ilə bağlı etiraz beynəlxalq hüquqa, BMT konvensiyalarına və eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur. Nəzərə almaq lazımdır ki, Ağdərə rayonunda yerləşən "Qızılbulaq" mis-qızıl kolçedan yatağı Azərbaycanın ən böyük təbii ehtiyatlar ilə zəngin yataqlarından hesab olunur. Ehtiyatları 17,5 ton həcmində qiymətləndirilən yatağın işlənməsi ilə bağlı qərarı yalnız Azərbaycan dövləti ölkə qanunvericiliyi çərçivəsində həyata keçirə bilər. "Base Metals" MMC aldı erməni şirkəti 2013-cü ildən 2020-ci ilədək həmin yatağın mis-qızıl ehtiyatlarınl talayıb. Həmin müddətdə mədəndə hər ay 12 min ton filiz çıxarılıb və saflaşdırma kombinatında emal edilib. Konsentrat Ermənistana aparılıb, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılıb. Bu şirkət Avstraliyanın “İnternational Base Metals Limited” şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub".

CESD sədri əlavə edib ki, yataqların mənimsənilməsi nəticəsində Azərbaycana dəyən ziyan yüz milyon dollarla ifadə olunur: "Bu hadisənin ən ciddi tərəfi məhz Azərbaycanda milli həmrəylik və vətənpərvərliyin kifayət qədər yüksək olması və xalqımızın xarici təhdidlərə hər zaman birgə cavab vermək əzmində olduğunu bir daha nümayiş etdirməsidir. Birliyimiz heç zaman sarsılmasın".(Hürriyyət)




Paylaş:


Müəllif : Tarix:
27-12-2022, 12:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər