reklam
Regionxeberlericom.az » Gündəm » “Müəllimləri gözdən salın” – Bu əmri kim və nə üçün verib?

reklam

“Müəllimləri gözdən salın” – Bu əmri kim və nə üçün verib?


Müəllimlərin üzərinə total hücum başlayıb. Yerindən duran müəllimi tənqid edir, müəllimi qınayır.

Bəs, müəllimlər bu qədər qınağı və tənqidi haqq edirmi?

Təəssüf ki, yox. Müəllim bütün dövrlərdə hörmət və ehtiram görüb. Bir vaxtlar müəllimlər haqqında miflər belə vardı. Məsələn, bir zamanlar çoxları elə 

düşünürdü ki, müəllimlər adi insanlar kimi qidalanmır.Müəllimi İlahi varlıq qidalandırır və sair.

Orta və yaşlı nəslin müəllimə baxışı indikindən tamam fərqlənirdi. Məsələn, 70-80-ci illərdə müəllimlərin bütün qayğılarını valideynlər və şagirdlər qarşılayırdı. Mən o qədər müəllimimin əvəzinə mal nobatına getmişəm ki... Üstəlik, bəzi müəllimlərimizin həyətini də sinif yoldaşlarımızla birgə belləmişəm. Və bunu mənə heç kim məcbur etməyib. Ara-sıra valideynlərim deyib ki, filan müəllimin filan sıxıntısı var.

Bu da bizə bir mesaj idi. Toyda müəllimlərimiz vardısa biz toyxanaya girmirdik. Onlar gedəndən sonra toyxanaya girirdik.

Təbii ki, müəllim də öz nüfuzunu gözləyirdi. Toyda saatlarla oturmurdu. İçib “açarını itirmirdi”. Və yaxud indiki bəzi müəllimlər kimi şagirdindən siqaret istəmirdi.

Hələ bu harasıdır. Müəllimlər oxumayan, dərsə hazırlıqsız gələn şagirdi çox ciddi şəkildə cəzalandırırdı. Müəllim davamlı şəkildə dərsə hazırlıqsız gələn şagirdi hətta şapalaqlayırdı. Və o zaman bunu hamı çox normal qəbul edirdi.

Heç bir valideyn uşağının döyüldüyünə görə aləmi bir-birinə qatmırdı. Çünki, valideyn bilirdiki uşağı ya dərsə hazır olmayıb, ya da ki, intizamı pozub.

Ona görə də döyülüb. Bunu bilən valideyn xəcalətindən səsini çıxartmırdı. Amma indiki valideynlərsə az qala üsyan edir ki, “uşağım oxmur, əcəb edir”. Deyən yoxdur ki, bəs oxumayan və islah olunmayan uşağı məktəbə niyə göndərirsən?!

Bəli, bu gün dəyərlər dəyişib. Bu gün təkcə müəllimə deyil, həm də təhsilə baxış dəyişib. Çünki, cəmiyyətdə çox zaman hər şeyi savad yox, pul həll edir. Vaxtilə valideynlər gedib müəllimdən soruşurdu ki, “bizim uşaqdan nəçi olar?” Və yaxud valideyn evdə islah edə bilmədiyi uşağı müəllimə tapşırıdı. “Əti sənin, sümüyü mənim” deyirdi. Ona görə də o zamankı uşaqların bir qismi ali təhsil görməsə də, normal vətəndaş, normal sənət sahibi olurdu. Amma, indi həm uşağın, həm də müəllimin əvəzində qərarları valideynlər verir.

Bir zamanlar müəllim təkcə öyrədən deildi, həm də tərbiyəçi idi. Amma indiki halda müəllim olsa-olsa öyrədəndir. Müəllim artıq tərbiyəçi deyil. Bunu heç istəyən də yoxdur. Valideynlərin çoxu özlərini ən yaxşı tərbiyəçi kimi görürlər. Və bunu da kiminləsə, daha doğrusu müəllimlə bölüşmək istəmirlər.

Müəllimə hücumların səbəbi nədir?

Müəllimlərə total hücumların bir neçə səbəbi var.

Birincisi odur ki, təhsil sistemində 100 illər boyunca formalaşmış ənənələri dağıtmaq, milləti təhsilsiz qoymaq. Bu məsələdə daxili amillərlə yanaşı, xarici faktorlar da var. Yəni heç bir xarici dövlət istəmir ki, Azərbaycan saadlılar və intelktlər yurdu olsun.

İkincisi, savadlı adamı idarə eləmək çox çətindir. Lakin, savadsız, yerində olmayan şəxsi və yaxud məmuru çox asanlıqla idarə etmək olur. Ona görə də bəzi qüvvələr çalışır ki, Azərbaycan diplomlu, lakin diplomatiyası olmayan yönəticilər olsun.

Üçüncüsü, savadın yox, pulun aparıcı faktor olduğunu önə çəkməklə cəmiyətdə qorxunc bir ənənə formalaşdırlır. Yəni insanlar savadlı, ziyalı adamların deyil, pullu adamların arxasınca getsin. Beləcə, pul bütün dəyərlərdən üstə qaldırılsın.

Bir sözlə bəzi qüvvələr məqsədli şəkildə təhsil sistemini təməlini dağıdır. Bütün təsil sferasını testləşdirməklə insanları ropotlaşdırmaq istəyirlər. Robortlarsa komanda ilə idarə edilir.

Sonda daha bir məqamı yada salaq. Bəzi qüvvələr qəsdən ictimaiyyəti təhsil sistemində baş verənlərə fokuslandırır ki, daha qlobal məsələlər yaddan çıxsın, diqqətdən kənarda qalsın.

Təsadüfi deiyil ki, hansısa müəllimin hansısa uşağa əl qaldırılması ən azı 10 gün ölkəmin gündəmini məşğul edir. Bu isə artıq siyasi texnologiyadır. Şagirdin hüquqlarının qorunması deyil.

Bizim.Media




Paylaş:


Müəllif : Tarix:
27-12-2022, 17:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər