reklam
Regionxeberlericom.az » Gündəm » Siyəzən Polis Şöbəsinin müstəntiqi sahibkarlara vurulmuş maddi ziyanı niyə ört-basdır edir – MÜRACİƏT

reklam

Siyəzən Polis Şöbəsinin müstəntiqi sahibkarlara vurulmuş maddi ziyanı niyə ört-basdır edir – MÜRACİƏT












Siyəzən şəhərinin Cəfər Cabbarlı küçəsində yaşayan, iş adamları Əzizov Qəhrəman Hüseynbala oğlu, Ağamalıyev Samir Qüdrətəli oğlu və Babək küçəsi 49 “B”, mənzil 1-də yaşayan Əliyev Habil Ramazan oğlu tərəfindən başda Prezident İlham Əliyev olmaqla on yeddi dövlət qurumuna bir sahibkar kimi onlara qarşı törətdiklrəi dələduzluq əməllərinə görə hazırda Siyəzən RPŞ-də barələrində araşdırma aparılan Abşeron rayonun Aşağı Güzdək qəsəbə sakinləri olan Dostiyev Nuxbala Hüseynbala oğlu və oğlu Dostiyev Araz Nuxbala oğlu ilə müsəntiq, polis kapitanı Nabil Abdullayevlə gizli sövdələşməsinin dərhal qarşısının alınması, işə ədalətli baxılmasını digər savadlı, nəfsitəmiz, təcrübəli  müstəntiqə həvalə edilməsi və şikayət etdiklərinə görə müxtəlif vəzifəli şəxslərin adından istifadə edərək hədə-qorxu gələn Nuxbalanın qardaşı oğlu Nazimin cinayət əməlinə hüquqi qiymət verilməsi barədə şikayət məktubu unvanlanıb. Qeyd edək ki, sahibkarların birinci müraciəti noyabrın 14-də ictimaiyyətin diqqətinə çatdırılmış, qanun çərçivəsində tədbirlər görülməsi üçün aidiyyatı dövlət qurumlarının elektron poçtlarına da göndərilmişdi. 

Siyəzən sakini olan sahibkarların birgə imzaladığı ikinci müraciəti də olduğu kimi təqdim edirik:

Biz sahibkarlara qarşı törətdiklrəi dələduzluq əməllərinə görə cəmi 4 sutka  Siyəzən RPŞ-də barələrində araşdırma aparan Abşeron rayonun Aşağı Güzdək qəsəbə sakinləri olan Dostiyev Nuxbala Hüseynbala oğlu və oğlu Dostiyev Araz Nuxbala oğlu ilə müsəntiq, polis kapitanı Nabil Abdullayevlə gizli sövdələşməsinin dərhal qarşısının alınması, işə ədalətli baxılmasını digər savadlı, nəfsitəmiz, təcrübəli  müstəntiqə həvalə edilməsi və bizə şikayət etdiyimizə görə müxtəlif vəzifəli şəxslərin adından istifadə edərək hədə-qorxu gələn Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində yaşayan Nuxbalanın qardaşı oğlu Nazim Faiq oğlunun cinayət əməlinə hüquqi qiymət verilməsi barədə  Sizə və digər aidiyyatı üzrə respublikann direktiv orqanlarına 11 noyabr 2022-ci il tarixində, təkrar 18-də və 25-də müraciətlər edib xahiş etmişdik ki,  Azərbaycanın bütün bölgələrində bizi kimi sahbkarlara qarşı dələduzluq edən yüksəkdövlət məmuların arxalanan Nuxbala Dostiyevlədən ibarət quldur dəstəsinin cinayət əməllərinə hüquqi qiymətin verilməsini xahiş etmşdik. Hətta şəxsin barəsində ölkənin baş prokuroru cənb Kamran Əiyevin 08 sentyabr 202-ci ildə Siyəzən şəhərində vətəndaşların qəbulu zamanı rəsmi ərizə verib qəbuluna da düşmüşdük. Baş Pokuror Kamran Əliyev də bizi əmin etmişdi ki, «Narahat olmayın, istəyiniz yerinə yetiriləcəkdir.» Ərizəmiz 10 sentybrdan Siyəzən Prokurorunun təqdimatı ilə rayon Polis Şöbəsinin müstəntiqi Nabil Abdullayevin icratına verilmişdir. Çox təəssüflə olsun ki, aradan 3 ay vaxt keçməsinə baxmayaraq müstəniq heç bir istinaq hərəkəti etməmiş,bizə istintaqın nəticəsi barəsində heç bir rəsmi və qeyri-rəsmi məlumat verməmiş, bizi bürokratik süründürməçiliyə salmışdır. Baxmayaraq ki, biz bu müstəntiqlə 20 gündən sonra kafedə görüşüb masa arxasında müzakirələr aparmış, cibinə benzin pulu da qoyub əmin etmişik ki, işi yaxşı araşdırsin. Bu gün isə DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin göndərdiyi 17 dekabr 2022-ci il tarixli rəsmi məktubundan aydın olur ki, Siyəzən Polis Şöbəsinin yalançı və vicdansız müstəntiqi Nabil bəy biz sahibkarları utanmadan aldatmış, Azərbaycan Polisinin nüfuzuna zərbə vurmuş, məsələni Maddi maraqlaını təmin etmək üçün 10 sentyabrda icraatına daxil olmuş ərizəmizi və sənədləri heç bir araşdırma və istintaq hərəkətləri aparmadan 4 gün ərzində rüşvət alıb əsassız qərar vermiş, dələduz dəstəni cinayətdən yayındırmış və arxalandıqları quldur dəstəsinin sifarişini yerinə yetirmişdir. Baxmayaraq ki, respublikanın bir çox KİV saytlarında bu məsələ ictimailəşdirilmişdir.Və KİV vasitəsilə biz sahibkarlar dövlət başçısına müraciət etmişdik. Lakin bunlara baxmayaraq 11 noyabrdan etibarən Yuxarı direktiv orqanlara yazdığımız  ( 4 dəfə təkrar) şikayət məktublarında Siyəzən PŞ-nin müstəntiqi N.Abdullayevin saxta və əsassız qərarının ləğv olunması və işin yenidən araşdırmaya qaytarılmasını xahiş etmişdik. Çox təəssüflər olsun ki, səsimizi bu günə qədər eşidən və bizə 50 gün ərzində formal da olsa bir cavab yazan idarə yoxdur.

Budur, 2 aya yaxındır ki, müstəntiqin qanunsuz hərəkətlərindən şiayət etsək də İqtisadiyyat Nazrliyinin KOB-dan başqa heç bir rəsmi orqan cavab verməmşdir.

Cənab Prezident və daxili İşlər naziri cənab Vilayət Eyvazov. Nuxbala Dostiyev və oğlu Araz tərəfindən biz sahibkarlara qarşı edilmiş dələduzluq nəticəsində 110 min manat miqdarında vurulmuş maddi ziyanın ört basdır edilməsi üçün onlarla rüşvət müqabilində gizli sövdələşməyə girən və nəticədə verdiyimiz şikayəti 4 gün ərzində araşdırma aparmadan saxta qərar verən Siyəzən rayon Polis Şöbəsi müstəntiqi, polis kapitanı Nabıl Abdullayevin cinayəti bilərəkdən gizlətdiyinə görə barəsində qanunamüvafiq tədbirlərin görülməsi, qəbil etdiyi 15 sentyabr 2022-ci il tarixli əsasız qərarının ləğv edilməsini və dələduz Nuxbala Dostiyevin dələduz dəstəsi barədə qanunamüvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğun aidiyyatı idarələrinə göstəriş verməyinizi xahiş edir və minnətdarlığımızı bildiririk.

Aktualinfo.org




Paylaş:


Müəllif : Tarix:
29-12-2022, 12:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər