"Xəbərdarlıq edildi ki, kirayə haqları yenidən Əhməd Əhmədova çatdırılacaq"
Hazırda həbsdə olan Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun müsadirə olunmuş obyektləri özünə qaytarılır.
Bu barədə "Gündəlik Naxçıvan"a həmin obyektləri kirayə çalışdıran sahibkarlar məlumat veriblər.
Bildirilib ki, həmin obyektlər əsasən, Qoçüstü məhəlləsindəki "57 bazarı" adlanan ərazidə yerləşir.
İddiaya görə, sabiq nazir işdən çıxarıldıqdan sonra bu obyektlərə nəzarəti keçmiş yerli hakim ailə Talıbovlar ələ keçirmişdi.
Sahibkarlar deyir ki, təxminən 10 gün öncə onlara xəbərdarlıq edilib ki, kirayə haqları yenidən Əhməd Əhmədova çatdırılacaq. Sahibkar A. Məmmədov bildirir ki, onlara yeni qayda ilə bağlı xəbərdarlığı keçmiş nazirin qardaşı Əvəz Əhmədov edib:
"Bir neçə ildir ki, burada mağaza götürüb, ticarətlə məşğul oluram. On gün əvvəl bir nəfər əlində sənəd gəlib dedi ki, bu mağazalar Əhməd Əhmədovundur, bundan sonra kirayə pullarını bizə verəcəksiniz. Adam gedəndən sonra öyrəndim ki, keçmiş nazirin qardaşı Əvəz Əhmədovdur. İndi aylıq kirayə pulunu kimə verəcəyimizi, başımıza nələr gələcəyini bilmirik. Qalmışıq çıxılmaz vəziyyətdə”.
Həmin ərazidə ticarətlə məşğul olan C. Quliyev də deyilənləri təsdiqləyib:
“Bəli, bir neçə gün əvvəl Əhmədin qardaşı Əvəz gəlmişdi. Əlində sənədlər var idi. Dedi ki, bu obyektlər bizimdir, bundan sonra kirayələri bizə verəcəksiniz".
Qeyd olunub ki, "57 bazarı" adlanan ərazidəki bütün obyektlər 2008-ci ilə kimi Arzu Kazımov adında sahibkara məxsus olub. İddiaya görə, Talıbovlar bu ərazini zorla ələ keçirib və həmin prosesdə Əhməd Əhmədov öz zorakılıqları ilə yadda qalıb. İddia olunur ki, bu "əməyinin" qarşılığında Vasif Talıbov ona həmin ərazidə bir neçə obyekt tikməyə icazə verib.
Xatırladaq ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılıraq həbs edilib.
Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Bir müddət əvvəl isə Əhməd Əhmədovun vəziyyəti pisləşib. O, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə yerləşdirilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-01-2023, 12:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər